"Qarabağın sürətlə bərpasının şahidi oluruq"

17:14 27-10-2021 | icon 544 | İqtisadiyyat
"Qarabağın sürətlə bərpasının şahidi oluruq"

Bilal Ərdoğan: "Azərbaycan və Qarabağ Avrasiya regionunun mərkəzidir"

 

"Biz Qarabağın sürətlə bərpasının şahidi oluruq".

 

Versus.az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan çərşənbə günü İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.

 

O bildirib ki, bu, onun Azərbaycana son bir ildə ikinci səfəridir:

 

"Mən Azərbaycanın işğalçıların dağıtdığı Qarabağı necə bərpa etməsini və bu prosesdə digər investorlara iştirak etmək imkanını yaratmasını gördüm".

 

O vurğulayıb ki, Azərbaycan və Qarabağ Avrasiya regionunun mərkəzidir:

 

"Mədəni canlanma təkcə Azərbaycan, Türkiyə və ya digər İƏT ölkələri üçün deyil, həm də bütün dünya üçün vacib addımdır. Biz öz aramızda daha çox əməkdaşlıq etməliyik, mədəniyyətin inkişafı da buna xidmət edəcək".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...