Razi Nurullayev: "Sosial şəbəkələrdə dil pəhlivanlığı etməkdənsə, bir şəhid ailəsinin qapısını döyün"
Milli Cəbhə Partiyası (MCP) yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası (İFA) zəfər gününə həsr olunan tədbir keçirib.
Versus.Az xəbər verir ki, tədbirdə müxtəlif bölgələrimizdən birinci və ikinci vətən müharibəsi şəhidlərinin ailələri, qazilər, müharibə iştirakçıları, ehtiyyatda olan zabitlər, siyasi-ictimai xadimlər, ictimai fəallar, mədəniyyət xadimləri - şəhid Ağaqardaş Abbasovun atası Abbasov İlham, şəhid Daşqın Ağayevin atası Əliqulu Ağayev, qazi Elvin Orucov, qazi Anar Şəfiyev, müharibə iştirakçısı Emin Səfərovun həyat yoldaşı Pərvanə Səfərova, qazi Məhəmməd Cəfərzadə, qazi Cahangir Əliyevin anası Sevda Əliyeva, aparıcı Azər bəy, şəhid Sübhan Abdulrəhmanlının anası Mehriban Abdulrəhmanova, şəhid Tural və Musa Həsənovların, iki şəhid anası Həsənova Nəhayət, şəhid Kamil Məmmədovun anası Validə Məmmədova, “20 yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri Maral Zamanova, qazi Hüseynəli Hüseynəliyev, hərbi ifaçı Rəşad Həsəov, Həsən Bəy Zərdabi İrs Mərkəzinin sədri Seymur Bayramov, qazi Vasif Fətullayev, Avropa-İnfo xəbər saytının rəhbəri Ruslan Bəşirli, şəhid övladı, vəkillər kollegiyasının üzvü Adəm Məmmədov, ehtiyyatda olan zabit Nəsimi Əliquliyev, şəhid Şöhrət Cabbarovun atası Əli Məmmədov, veteran Hüseyn Vəliyev, veteran Allahyar Alyarov, şəhid Şahmarlı Vüsalın atası Tanrıverdiyev Mərdan, anası Sevər Səfərova, Milli Cəbhə Partiyasının (MCP) üzvləri və digərləri iştirak ediblər.
Tədbiri giriş sözüylə Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, tədbirin təşkilatçısı Ehtiram Mehtiyev açaraq, hər kəsi şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyə çağırıb.
Sonra çıxış edən Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev qanımız bahasına qazandığımız zəfərin önəminə diqqət çəkərək şəhid ailələrinə, qazilərə qayğının, diqqətin vacibliyindən danışıb. Deputat vurğulayıb ki, şəhidlər yalnız unudularlarsa ölərlər.
Tədbirdə çıxış edənlər də şəhidlik zirvəsinin aliliyindən, zəfərin önəmindən, həmçinin şəhid ailələrinə, qazilərə qayğının, diqqətin vacibliyindən danışıblar.
Sonda bir daha çıxış edən Razi Nurullayev hər kəsi şəhid ailələrinə, qazilərəı, müharibə iştirakçılarına qarşı diqqətli, qayğıkeş olmağa çağırıb. Partiya sədri bəzi siyasiləri, partiya sədrlərini, ictimai-siyasi fəalları nəzərdə tutuaraq vurğulayıb ki, boş danışmaqdansa, sosial şəbəkələrdə dil pəhlivanlığı etməkdənsə, hər şeyə qara yaxmaqdansa əməldə iş görmək, bir şəhid ailəsinin qapısını döymək, yanında olmaq, bir ehtiyacı olana əl tutmaq lazımdır.
Tədbirin sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər.
PƏRİ
Versus.Az