Noyabrın ilk 10 günlüyündə sülh sazişi gözləntisi...
Hikmət Babaoğlu: "...Delimitasiya hüquqi baxımdan doğru, tarixi baxımdan tam ədalətli olar"
Noyabrın ilk 10 günlüyündə Moskvada Qarabağa dair üçtərəfli sülh sazişinin imzalanacağı gözlənir. İndiyədək bu görüşün olacağına dair xeyli məlumatlar, versiyalar səsləndirilib. Azərbaycan hökuməti bu versiyaları təkzib etməyib.
Şərti olaraq adına “Putin planı” dediyimiz bu xəyali sənəddə nələr olacaq? Əsas müzakirə sərhədlərin SSRİ dövründəki vəziyyətə qaytarılmasıdır. Azərbaycan ictimaiyyəti buna etiraz edir. Təklif var ki, sərhədlər sovet Azərbaycanının yox, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün zamanındakı kimi olsun.
Versus.az xəbər verir ki, YAP-çı deputat Hikmət Babaoğlu açıqlamasında bildirib ki, Ermənistanı sərhədlərin delimitasiya və demarkasiya prosesinə cəlb etməyin özü bir diplomatik uğurdur:
"Ona görə ki, ermənilər həm etibarsız tərəfdaş, həm də xaricdən diktə edilən çoxsaylı mövqelərlə hesablaşmağa meyllidirlər. Çünki faşist Ermənistan üzərində əldə etdiyimiz tarixi zəfərimizin nəticələri ilə barışmaq istəməyən çox böyük dövlətlər və güc mərkəzləri var. Əgər buraya islamafob mərkəzi və dünya erməniliyini də əlavə etsək, nə qədər böyük qüvvələrlə üz-üzə olduğumuzu görərik. Belə bir şəraitdə Azərbaycanın prosesin gedişini diktə etməsi ”Dəmir yumruq"un gücünün və qətiyyətinin göstəricisidir. Delimitasiya və demarkasiyanın hansı xəritə əsasında aparılmalı olduğuna gəldikdə isə bildirməliyəm ki, işçi qrupa bizim tərəfdən geodeziya və topoqrafiya üzrə çox yüksək səviyyəli mütəxəssislərimiz cəlb olunub.
Ancaq hansı xəritəyə istinad ediləcəyi daha çox siyasi qərar olacaq və burada çox güman ki, mütəxəssislərin də rəyi nəzərə alınacaq. Şübhəsiz ki, Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi elan edib və çox ədalətli olar ki, delimitasiya da elə Xalq Cümhuriyyətindən bizə miras qalan sərhədlər üzrə aparılsın. Çünki Ermənistan dövləti yarananda Azərbaycan Xalq Cümhuriyyəti ermənilərə, sadəcə, 9 min kv.km ərazimizi verib. Bizim ərazimiz isə 114 min kv.km olub. Sovet xəritələri isə tamamilə fərqlidir və bizim ərazimiz 86 min kv.km dən bir qədər çoxdur. Ona görə də, əlbəttə, AXC sərhədləri əsas götürülməklə delimitasiya hüquqi baxımdan doğru, tarixi baxımdan tam ədalətli olar. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra BMT tərəfindən Sovet Azərbaycanı sərhədləri içərisində tanınıb".
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”