"Cəmiyyətin ”Putin planı"ndan xəbəri yoxdur"
Fuad Əliyev: “Bu görüş baş tutsa, iki sənəd imzalana bilər”
Noyabrın ilk 10 günlüyündə Moskvada Qarabağa dair üçtərəfli sülh sazişinin imzalanacağı gözlənir.
Müxalifət proses haqda bilgilidirmi?
Versus.az xəbər verir ki, ALDP rəhbəri Fuad Əliyev mətbuata açıqlamasında də proseslərdən məlumatsız olduğunu qeyd edib.
Onun sözlərinə görə, müxalifət və ümumillikdə cəmiyyətin şərti olaraq deyilən ”Putin planı"ndan xəbəri yoxdur:
"Biz bir şey bilirik ki, sərhədlərin demarkasiya və delimitasiyası 1920-ci ilin xəritələri əsasında olacaq. Bunu da Putin Valday klubunun tədbirində səsləndirmişdi. Amma yaxın günlərdə gözlənilən görüşdə sülh sazişinin bağlanması haqqında bir dəqiq məlumat yoxdur. Mənim fikrimcə, əgər bu görüş baş tutsa, bu iki məsələ ilə bağlı yeni sənədlər imzalanacaq: Sərhədlərin delimitasiya və demarkasiya sənədi və 2021-ci il 11 yanvarda imzalanan kommunikasiyaların açılması ilə bağlı yeni sənəd. Təəssüf ki, bizim ictimaiyyətimiz bu tipli xəbərlərlə Rusiya və yaxud erməni mətbuatından tanış olur. Yaxşı olardı ki, ən azından müxalifət partiyaların xəbəri olsun və iqtidar-müxalifət dialoqu çərçivəsində müzakirə etməyə imkanı olsun".
Sərhədlərin Sovet Azərbaycanın yox, ADR vaxtında əsas götürülməsinə gəlincə, F.Əliyev vurğulayıb ki, bu hal bizim Gürcüstan və Rusiya ilə müəyyən sərhəd problemlərinə gətirib çıxara bilər:
"Tarixdən də məlumdur ki, 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra sovet Rusiyasının yeritdiyi ayrı-seçkilik siyasəti nəticəsində Azərbaycanın əraziləri azaldıldı. Yeni yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri 86,6 min kv. km müəyyən edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin 27,2 min kv.km-i Azərbaycan xalqının əlindən alındı. Misal üçün, Borçalı mahalı. Fikrimcə, biz bir problemi həll etmək əvəzinə, əlavə problemlər qazanacağıq"-partiya sədri bildirib".
SEVDA
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”