"Deputatın bu təklifi Azərbaycan adına xəyanətdir”

14:49 03-11-2021 | icon 441 | Siyasət
"Deputatın bu təklifi Azərbaycan adına xəyanətdir”

Natiq Miri: “90-cı illərdə müzakirə olunub, bu gün yeni təklif adı ilə ortaya atılıb”

 

Qüdrət Həsənquliyevin dediyi bu təklif Azərbaycan dövlətçiliyinin ruhuna uyğun deyil. Unutmasın ki, Azərbaycan qalib dövlətdir. Deputatın təklifi absurd olduğu qədər , Azərbaycan adına xəyanətdir”.

 

Versus.Az xəbər verir ki, bunu poitoloq Natiq Miri Qüdrət Həsənquliyevin onlayın müzakirələrdə - “Qarabağın dağlıq ərazisində suverenliyin təmin olunması əvəzində Xankəndi ilə Mehrinin dəyişdirilməsi razılaşdırıla bilər” fikri ilə bağlı açıqlamasında bildirib.

 

Poitoloq qeyd edib ki, bəzi siyasətçilər hər dəfə bu cür qeyri-adi təkliflər verməklə gündəmdə qalmaq istəyirlər:

 

Bu, 90-cı illərdə müzakirə olunmuş bir təklifdir və qalib Azərbaycana yaraşan bir şey deyil. Sadəcə, yeni təklif adı ilə növbəti dəfə ortaya atılıb. Absurd olduğu qədər də Azərbaycan adına xəyanət bir açıqlamadır”.

 

N.Miri bildirib ki, ərazi mübadiləsi ilə Qarabağ probleminin həlli məsələsi vaxtilə ABŞ-da dövlət katibi işləmiş Pol Qobl tərəfindən ideya kimi irəli sürülmüşdü: Onun sözlərinə görə, həmin təklif mərhum prezident Heydər Əliyevin və Ter Petrosyanın dönəmində müzkirə predmeti olmuşdu. Ancaq qəbul edilməmişdi:

 

İndiki reallıqda, xüsusilə 44 günlük Vətən Müharibəsində 3000-ə yaxın şəhid verən və zəfər çalan Azərbaycan hansısa ərazisini Ermənistanla niyə dəyişdirməlidir?! Burda məntiq hardadır. Onda biz 3000 şəhidi niyə verdik?! Bu sualın cavabı verilə bilərmi?!”

 

N.Miri qeyd edib ki, bəli, Mehri Naxçıvanla Azərbaycanı birləşdirəcək körpüdür. Amma bu ərazilər Azərbaycanın olub. Ona görə də Mehrini almaqdan ötrü Qarabağın ən böyük strateji şəhərini ermənilərə vermək yox, Azərbaycan o ərazilərini geri almağı düşünməlidir:

 

Strateji planımız bu olmalıdır. Çünki bu ərazilər zamanında Azərbaycanın olub və bu ərazilərin Ermənistana verilməsi hüquqi cəhətdən əsaslandırılmayıb. Azərbaycan buna iddia qaldırmalıdır. Ola bilər ki, bu proses illər çəksin, ancaq məsələ ərazi mübadiləsi ilə deyil, Azərbaycanın haqqı olaraq həll olunmalıdır”. /həftə içi/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır