“Sülh müqaviləsinin bağlanmasında iddialıyıq”
Hikmət Hacıyev: "Zəngəzur dəhlizi yeni imkanlar açacaq"
“Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsi dövründə problemin həlli üçün bir iş görə bilmədi”.
Versus.Az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunun panel müzakirələrində Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına çalışır.
“Bu dəhliz yeni imkanlar açacaq”, - deyə o əlavə edib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan sülh müqaviləsinin bağlanması təklifini irəli sürüb, bunu danışıqlar masasına daşıyıb.
“Biz Ermənistanla sülh müqaviləsinin bağlanmasında çox iddialıyıq”, - deyə Hikmət Hacıyev bildirib.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”