9 noyabr Azərbaycan üçün iki önəmli tarixi hadisə ilə yadda qaldı

17:02 09-11-2021 | icon 434 | Siyasət
9 noyabr Azərbaycan üçün iki önəmli tarixi hadisə ilə yadda qaldı

Samir Hümbətov: "Bundan sonrakı mərhələdə Azərbaycanın güzəştə getməli olduğu məsələ yoxdur”

 

“Bugün, yəni 9 noyabr Azərbaycan üçün iki önəmli tarixi hadisə ilə yadda qaldı. Birincisi, 9 noyabr ölkəmizdə bayraq günüdür. İkincisi, bir il öncə bugün II Qarabağ savaşının son günü kimi yadda qaldı. II Qarabağ savaşının bitməsindən və üçtərəfli bəyannamənin icrasından bir il keçməsinə baxmayaraq, təəssüflə qeyd etmək lazımdır ki, bəyannamənin şərtləri Ermənistan və Rusiya tərəfində icra edilmir. Məsələni bir az daha dəqiq desək, Azərbaycan tərəfi imzalanmış bəyannamənin şərtlərinə tam şəkildə əməl etsə də, müqaviləni imzalayan Ermənistan və Rusiya tərəfi müqavilənin şərtlərinin icrasını yubatmaqla məşğuldurlar. Bu zaman sual yaranı ki, Ermənistan və Rusiya bəyannamədə nəzərdə tutulmuş hansı bəndlərin icrasını ləngidirlər və niyə ləngidirlər? II Qarabağ savaşının bitməsindən bir il keçməsinə baxmayaraq, Ermənistan və Rusiya tərəfi 10 noyabr 2020-ci ildə imzaladıqları bəyannamənin 4-cü, 7-ci, 8-ci və 9-cu maddələri ya tam şəkildə, yaxud da ümumiyyətlə icra edilməyib”.

 

Versus.Az xəbər verir ki, bu sözləri şərhində politoloq Samir Hümbətov deyib.

 

Onun sözlərinə görə, 10 noyabr üçtərəfli bəyannamənin 4-cü bəndində qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir:

 

“Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Bu maddəyə diqqət etdikdə görmək olur ki, rus “sülhməramlıları” bölgəyə yerləşdirilsə də, erməni terrorçu dəstələri bölgədən çıxarılmayıb, əksinə onları həmin bölgələrdə özləri üçün dayaq postları qurmasına şərait yaradılıb. Yəni, bu maddənin icrası tam şəkildə həyata keçrilməyib. Bu bəyannamənin 7-ci maddəsində isə qeyd edilir ki, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu maddə isə tamamilə icar edilməyib. Yəni rus “sülhməramlıları”nın müvəqqəti nəzarət etdiyi Xankəndi şəhərində erməni əsilli Azərbaycan vətəndaşların yaşamalarına baxmayaraq oradan qovulmuş azərbaycanlıların geri qaytarılması məsələsi hələki gündəmdə görünmür”.

 

Siyasi analitik bildirib ki, 10 noyabr bəyannaməsinin 8-ci bəndində isə qeyd edilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir:

 

“Burada diqqəti çəkən ən önəmli məsələlərdən biri də odur ki, həmin maddədə qəti şəkildə qeyd edilməyib ki, I yaxud II Qarabağ savaşı dövründə. Bu da ö deməkdir ki, I Qarabağ savaşı dövründən Ermənistanın əlində 4 minə qədər azərbaycanlı hərbi və mülki əsir qalıb. Onların taleyi ilə bağlı da hansısa məlumat verilməli, sağ qalanlar geri qaytarılmalı, kütləvi şəkildə öldürülənlərin isə basdırıldığı yerlər göstərilməlidir. 10 noyabr bəyannaməsinin 9-cu bəndində isə qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu bəyanatdan qısa müddət sonra isə 11 yanvar 2021-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan prezidenti cənab İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan arasında 4 maddədən ibarət yeni bir sənəd imzalandı.


Həmin sənəddə əsas qeyd edilən məsələ 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin 9-cu maddəsini nəzərdə tuturdu. Göründüyü kimi 10 naoyabr bəyannaməsinin bəzi bəndləri icra edilməyib. Hətta müəyyən mənada demək olar ki, bu bəndlərin icrasını qəsdən yubadırlar. Bu bu yubanmaya səbəb nə ola bilər?
Burada Rusiyanın öz, Ermənistanın isə öz maraqları var və çalışırlar ki, yaranmış vəziyyətdən istifadə edərək öz maraqlarını təmin etsinlər”.

 

Rusiyanın burada marağı nədir?

 

Samir Hümbətov qeyd edib ki, Rusiya 10 noyabr üçtərəfli bəyannaməyə əsasən bölgəyə gətirdiyi “sülhməramlıları”na mandat ala bilmir:

 

“Onun əsas məqsədi budur. Digər tərəfdən isə Türkiyənin bölgədə varlığını qəbul edə bilmir. Ona görə də mümkün qədər çalışır ki, Türkiyəni bölgədə sıxışdırsın. Təbii ki, bu qeyd edilən məsələlərin həlli olduqca vacibdir. Bunun üçün Rusiyanın sıxışdırılması önəmli məsələdir. Vladimir Putinin Valday klubunda da çıxışı zamanı Ermənistan-Azərbaycan sərhəddi ilə bağlı məsələyə toxunması və “kompromis” ifadəsini işlətməsi də məhz bu fikirlərimizi təsdiq etmiş olur. Son günlər isə Rusiya KİV-də yaxın günlərdə üçtərəfli görüşün baş tutması ilə bağlı fikirlərin səsləndirilməsi, daha sonra Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov tərəfində görüşün keçrilməsi ilə bağlı fikirlərin səsləndirilməsi, Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycan XİN başçısı cənab Ceyhun Bayramova zəng etməsi və s. məsələlər onu göstərir ki, Rusiya öz xarici siyasət maraqlarını təmin etmək üçün hər cür “canfəşanlığı” edir. Hesab edirəm ki, bundan sonrakı mərhələdə Azərbaycanın güzəştə getməli olduğu məsələ yoxdur”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır