"Qarşı tərəf Azərbaycanın humanist addımlarına adekvat cavablar verməlidir, əks halda..."

17:36 10-11-2021 | icon 485 | Siyasət
"Qarşı tərəf Azərbaycanın humanist addımlarına adekvat cavablar verməlidir, əks halda..."
 
“Heç kəsə sirr deyil ki, 44 günlük Vətən müharibəsində Şuşa şəhərinin işğaldan azad olunması müharibənin taleyini həll etdi. Faktiki olaraq Şuşanın işğaldan azad olunmasından sonra Ermənistan tərəfi kapitulyasiya aktını imzalamağa məcbur oldu və üçtərəfli bəyanat imzalandı”.
 
 
 
Bunu versus.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib.


Onun sözlərinə görə, ötən bir il ərzində Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün işğaldan azad olunmuş ərazilərdə quruculuq-abadlıq işlərinin başladılmasına və həyata keçirilməsinə nail ola bildi.
 
 
“Bu bir il ərzində biz demək olar ki, bütün sərhədboyu ərazidə silahlı qüvvələrin yerləşdirilməsini və möhkəmlənməsini təmin etdik. Həmçinin Ağdam, Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan kimi böyük şəhərlərin baş planları təsdiqləndi və orada quruculuq-abadlıq işləri həyata keçirildi. Həmçinin bildiyimiz kimi yol infrastrukturu, enerji təminatı məsələləri də öz həllini tapdı və bu sahədə işlər həyata keçirilir. Ən qısa zamanda məcburi köçkünlərin öz dədə-baba yurduna qaytarılması üçün cənab Prezidentin rəhbərliyi altında aidiyyatı qurumlar öz işlərini həyata keçirməkdədirlər”.

 
Deputat həmçinin qeyd edib ki, Zəfər günü ərəfəsində cənab Prezident növbəti dəfə Şuşa şəhərinə səfər etdi.
 
“Bu səfəri digər səfərlərdən fərqləndirən cəhətlər ondan ibarətdir ki, 8-ci Qlobal Bakı Forumunun iştirakçıları da Şuşa şəhərinə səfər etdilər. Bu dəfə cənab Prezident İlham Əliyev görülmüş işlər, əldə olunmuş uğurlar və planlarla bağlı yerindəcə xarici qonaqlara Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin idarə heyətinin üzvlərinə ətraflı məlumat verdi. Daha sonra cənab Prezident hərbiçilər qarşısında çıxış edərək əldə edilmiş Zəfərdən və bu Zəfərin önəmindən, bu torpaqların Azərbaycanın tarixi, əzəli torpaqları olduğunu bildirdi. Bununla yanaşı həmçinin əsgərlərimizin, zabitlərimizin göstərdiyi qəhrəmanlıq şücaətinə bir daha toxundu və şəhidlərimizin ruhunun əbədi olaraq şad olacağını vurğuladı.

Bir sözlə cənab Prezident İlham Əliyevin Şuşaya Zəfər günü səfər etməsi regionda yeni reallıqların yarandığını və bu reallıqların Azərbaycan tərəfindən yaradıldığını deməyə əsas verir. Təəssüflər olsun ki, bu torpaqlarda düşmən yalnız bizim vətəndaşlarımıza, insanlarımıza qarşı soyqırım törətməyib, həmçinin bizim tarixi, mədəni abidələrimizə də soyqırım törətmiş vandal siyasət həyata keçirərək bu torpaqlardan tamamilə türk, müsəlman, Azərbaycan izini silmək istəmişdir. Ancaq onlar buna nail ola bilmədilər.

Cənab Prezident İlham Əliyev Zəfərimizlə, qələbəmizlə erməni mifini, erməni istəklərini tamamilə alt-üst etdi. Dövlət başçısının Şuşa şəhərinə səfəri və oradan verdiyi mesajlar Ermənistan və onun havadarları üçün bir çağırışdır. Qarşı tərəf Azərbaycanın humanist addımlarına adekvat cavablar verməli, Azərbaycanın sülh təklifini düzgün dəyərləndirməli və regionda uzun müddətli sülhün bərqərar olmasına onlar da öz töhfələrini verməlidirlər. Əks təqdirdə onlar da çətin və rüsvayçı vəziyyətə düşəcəklər. Azərbaycanın dəmir yumruğu həmişə hazırdır. Cənab Prezidentin ətrafında Azərbaycan xalqı, Azərbaycan Ordusu və hər bir Azərbaycanı sevən şəxs birləşərək həmrəlik nümayiş etdirirlər”.
 
Ləman
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır