Sülhməramlıların bəyannamədən kənar fəaliyyətilə bağlı BƏYANAT

14:06 12-11-2021 | icon 704 | Siyasət
Sülhməramlıların bəyannamədən kənar fəaliyyətilə bağlı BƏYANAT

ALDP: "Onların Azərbaycandan çıxarılması məsələsi qaldırılmalıdır"

 

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Rusiya sülhməramlılarının mandatdankənar fəaliyyətilə bağlı Bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, bəyanatda deyilir:

 

ALDP Rusiya sülhməramlı qüvvələrin mandatdan kənar fəaliyyətini qətiyyətlə pisləyir.  10 noyabr 2020-ci ildə imzalanan məlum  Bəyannamədə sülhməramlıların torpaqlarımızda qalan erməni tör, töküntilərin, separatçıların çıxarılması qeyd olunub. Bunun əksinə, sülhməramlılar nəinki onları çıxardıblar, əksinə, onların Laçın dəhlizindən Ermənistana gedib, gəlmələrinə şərait yaradırlar. Azərbaycanın razılığı olmadan Ermənistan rəsmilərin sülhməramlıların müvvəqəti yerləşən ərazilərə gəlməsini təmin edirlər. Son olaraq mandatdan kənar Xocalıda pravoslav kilsəsini inşa edilməsi oldu. Bununla bağlı Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlı qüvvələrin Xocalıda inşa edən pravoslav kilsəsi ilə bağlı  Azərbaycan hakimiyyətinin xalqa məlumat verməməsi narahat hissləri doğurur.

 

ALDP din azadlığına və başqa dinlərə aid olan kilsələrin tikilməsinə hörmətlə yanaşır. Azərbaycanda kifayət qədər pravoslav kilsələr mövcuddur. Bir də məgər Xocalı rus millətinin kompakt yaşayış yeridir ki, orada kilsə inşa edilir?

 

Amma məlum sülhməramlıların məlum bəyannamədən kənar fəaliyyəti təəssüf doğurur.

 

ALDP hesab edir ki, Rusiya sülhməramlı qüvvələri 10 noyabr 2020-ci ildə imzalanan Bəyannaməni pozduğuna görə, onların Azərbaycandan çıxarılması məsələsi qaldırılmalıdır.

 

ALDP hesab edir ki, Azərbaycan torpaqlarının kiçik bir hissəsində qalan erməni separatçılarının tör, töküntilərini Azərbaycan ordusu təmizliyəcək.

Qarabağ Azərbaycandır!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır