"Türk Dövlətləri Təşkilatı da bizim Avropa Birliyimizdir"

17:11 13-11-2021 | icon 808 | Siyasət
"Türk Dövlətləri Təşkilatı da bizim Avropa Birliyimizdir"

Razi Nurullayev: "Bu təşkilat bizi çox, çox uzaqlara aparacaq"

 

"Türk şurasının İstanbulda keçirilən VIII zirvə görüşü və Şuranın adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi göstərilən 30 illik səyin bəhrəsidir. Əslində isə düz 10 əsrdir ki, bu mübarizəni aparırdıq və sonunda oldu. Bu Turan deyil, daha böyükdür".

 
 
Versus.Az xəbər verir ki, bunu Türk Şurasının 8-ci zirvə görüşü ilə bağlı açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bildirib.
 
 
Deputat vurğulayıb ki, proses uzun çəkdi, amma arzularımızda olan təşkilat oldu:
 
 
"Bundan sonra heç yalnız deyilik, artıq kürəyimizi söykəyə biləcəyimiz 7 qardaşıq və sayımız da artmaqda davam edəcək. Növbəti qardaşlar Pakistan, Bosniya-Hersoqovina, Ukrayna və şahidlik edəcəyimiz digər dövlətlər olacaq. Bu təşkilat da bizim Avropa Birliyimizdir.
 
XIX əsr türk- müsəlman dünyasının böyük düşüncə sahiblərindən biri İsmayıl bəy Qaspıralının dediyi yola çıxdıq: "Dildə, fikirdə, əməldə birlik!".
 
Yalnız göz dəyməsin, bu təşkilat bizi çox, çox uzaqlara aparacaq. O uzaqlar isə çox işıqlı və bərəkətli olacaq".
 
 
R.Nurullayev Azərbaycan Prezidenti İlham Əliyevə təşkilatın “Ali Nişan”nın verilməsini yüksək dəyərləndirib:
 
"Bu, Azərbaycan xalqının başını uca etdi. Prezident İlham Əliyev dedi ki, bu Azərbaycana verilmiş bir nişandır və bu fikri bölüşürəm. Bu ali nişan Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsinə, zəfərinə verilən qiymət idi. Bunu 6 dövlətin nümayəndəsi etdi. Bizim öz içimizdə isə hələ də 44 gündə əldə etdiyimiz uğura kölgə salmaq istəyənlər var. Çünki, dünyanın gəliş və gedişini düzgün qiymətləndirməkdə çətinlik çəkirlər.
Danışmaq asan, etmək çətindir.
 
Birliyimiz, qardaşlığımız və dostluğumuz əbədi olsun!"
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır