Sərdar Cəlaloğludan hakimiyyətə ÇAĞIRIŞ

08:26 16-11-2021 | icon 392 | Siyasət
Sərdar Cəlaloğludan hakimiyyətə ÇAĞIRIŞ

“Bu təxribatların qarşısını almaq üçün ən ciddi addımlar atılsın”

 

“Bu insidentlərin arxasında ikinci Qarabağ savaşında məğlub olan Ermənistanın hazırkı hakimiyyətinin kapitulyasiya aktı ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən yayınma, sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiya prosesinin başlanması, Laçın dəhlizinə uyğun olaraq Zəngəzur dəhlizinin açılması, ərazi bütövlüyümüzün tanınması, sülhməramlıların nəzarət etdiyi ərazilərdən qanunsuz erməni silahlı qüvvələrinin, terrorçu dəstələrin dərhal çıxarılması kimi məslələrdən geri çəkilmə faktı durur”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu son günlər Qrabağda ermənilərin təxribatlar törətməsi, terror cəhdləri, rus sülhməramlılarının bu təxribatlara qarşı heç bir ciddi tədbir görməməsi ilə bağlı yaranmış reallığa əsasən açıqlamasında bildirib.

 

Partiya sədri qeyd edib ki, dövlətimizin razılığı olmadan ərazilərimizdə kilsələr tikilir, tanınmış rus xadimlərinə anıt qəbri ucaldılılır. Eyni zamanda qeyd edib ki, Xocalıda qətliamlar edən erməni cəlladlarının uşaqlarlarının rus əsgərinə sığınan heykəl qoyması ilə bağlı məsələlər Azərbaycan hüquqlarının pozulmasıdır.

 

A.Cəlaloğlu bildirib ki, ermənilərin törətdiyi bu təxribat və terror aktları bir il əvvəl əldə edilən razılaşmanın müddəalarına ziddir. Bu, regionda yenidən müharibə alovunun qızışmasına, sülhün, təhlükəszliyin pozulmasına xidmət edir:

 

“Biz hakimiyyəti bu təxribatların qarşısını almaq üçün ən ciddi addımlar atmağa, öz sülh missiyasını yerinə yetirmək istəməyən rus sülhməramlılarının ərazilərimizdən dərhal çıxarılması üçün müvafiq tədbirlər görməyə, qardaş Türkiyənin ordu hissələrinin daha geniş miqyasda Qarabağ ərazisində yer alması üçün hərəkətə keçməyə çağırırıq”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır