“Rusiya Azərbaycanla Ermənistan arasında sülhün yaranmasını istəmir”
Samir Hümbətov: “Azərbaycanın Laşın dəhlizini bağlaması tam adekvat addım olar”
Son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan erməni təxribatları, ermənilərin Azərbaycana qarşı kamikadze hücumları təşkil etməsi regiondakı reallıqları daha aktiv fazaya gətirir. Ermənistanın revanşist siyasətindən əl çəkməməsi Azərbaycan tərəfini qəti addımlar atmağa sövq edir. Artıq Azərbaycan Qafan-Çakaten yolunda da öz nəzarət-buraxılış postunu yaradır. Ermənilərin təxribatları növbəti postun “Laçın Dəhlizi”ndə qurulmasını nə dərəcədə zəruri edir?
Versus.Az xəbər verir ki, politoloq Samir Hümbətov şərhində bildirib ki, erməni terrorçunun Şuşanın Daşaltı yaxınlığında Azərbaycan hərbçilərinin yerləşdiyi posta əl qumbarası ilə hücum etməsi hələ də bir neçə məsələnin aktual olduğunu göstərir.
Politoloq belə təxribatların baş verməsini ilk növbədə 10 noyabr 2020-ci il bəyannaməsinə Rusiya və Ermənistan tərəfindən əməl edilməməsini və erməni terrorçularının hələ də Qarabağda saxlanılması ilə əlaqələndirib:
“Bu təxribatlar ona görə baş verir ki, rus sülhməramlılarının regiondakı əsas məqsədi sabitliyi deyil, erməniləri qorumaqdır. Eləcə də, Rusiya üçün Qarabağda qalıcı barışdan daha çox, qalıcı münaqişənin olması maraqlıdır. Xankəndidə terrorçu və qondarma rejmi saxlamaq Rusiyanın digər bölgələrdə olduğu kimi Qarabağda da separatçılığa və terrorçuluğa dəstək vermək arzusunda olduğunu göstərir. Azərbaycanın Türkiyə və digər dövlətlərlə yaxınlaşması Rusiyanı həddən artıq narahat edir. Heç bir təzyiq və təsirlərə baxmayaraq Azərbaycan tərəfindən Qarabağda anti-terror əməliyyatları keçirməlidir. Sərhəddə baş verən bu təxribatlar Rusiyanın Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsini istəmədiyini göstərir. Rusiyanın atdığı addımlardan belə nəticəyə gəlmək olar ki, Cənubi Qafqazla, xüsusilə də Qarabağla bağlı niyyətləri heç də saf deyil. Rusiya özünün Cənubi Qafqazda varlığını qorumaq üçün daimi münqişə tərəfdarıdır”.
S.Hümbətov bildirib ki, II Qarabağ savaşının bitməsindən 1 il keçməsinə baxmayaraq Zəngəzur dəhlizinin açılmamamsının da arxasında Rusiya faktoru durur:
“Əgər rus sülhməramlıları müqavilənin şərtlərinə əməl etməsə, Azərbaycanın Laşın dəhlizini bağlaması tam adekvat addım hesab edilə bilər”. /hafta.az/
TAHİRƏ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”