"Ermənistan yelkənsiz qayıqdır, çırpınır"
Fuad Əliyev: "Rusiya Azərbaycandan ehtiyatlanıb Ermənistana dəstək durmayacaq"
"Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın “əgər Rusiya Ermənistana yardım etməsə, onda İrəvan başqa variantlar axtaracaq” ifadəsi şantaj və həddədir".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.
ALDP sədri bildirib ki, Ermənistan Rusiyadan asılı vəziyyətdə qalsa da, dara düşəndə rəsmi Kremli şantaj edir:
"Bu Ermənistanın adətidir, Azərbaycanın ayaqlarına salınanda Moskvaya yalvarır. Moskva bu məsələdə bir daha Ermənistana dayaq dura bilmir, bunu Paşinyan hakimiyyəti də yaxşı başa düşür. Amma yenə də ümidlidirlər ki, Moskva İrəvana dəstək duracaq, inanmıram".
Fuad Əliyev onu da vurğulayıb ki, Rusiya Azərbaycandan ehtiyatlanıb Ermənistana dəstək durmayacaq:
"Ermənistan hərdən üzünü Qərbə tutub, amma Rusiya onu cəzalandırıb. İndi bu dəfə Ermənistan KTMT-dən çıxacağı ilə rəsmi Moskvaya meydan oxuyur. Nə qazanacağını, nə itirəcəyini isə hələ anlamır. Ermənistan yelkənsiz qayıqdır, çırpınır. Bu gün Ermənistan Rusiyanın çətiri altındadır, buna da şükr etməlidir".
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”