Partiya sədri süni tənəffüs aparatından ayrılıb - FOTO

15:31 19-11-2021 | icon 844 | Siyasət
Partiya sədri süni tənəffüs aparatından ayrılıb - FOTO

"Bu cür hadisələrin hələ də baş verməsinin səbəbi..."

 

"Xəstə olduğum müddətdə imkan olduqca siyasətdə baş verənləri, Azərbaycan xalqı üçün önəmli olan hadisələri izləyirdim. Çətin vəziyyət yaranıb, təəssüflər olsun ki, yenə şəhid vermişik və yaralı hərbçilərimiz var. Görülən ciddi tədbirlərə rəğmən bu cür hadisələrin hələ də baş verməsinin səbəbi düşmənin öz murdar niyyətlərindən əl çəkməməsidir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

 

Partiya sədri bildirib ki, növbəti dəfə şəhid verməyimiz bizi daha ayıq-sayıq olmağa vadar edir:

"İstənilən halda, erməni təxribatlarının davamlılığını nəzərə alaraq tədbirləri əldən verməməliyik. Doğrudan da qalib xalq kimi firavan yaşamaq üçün xalq-dövlət birliyi önəmlidir".

 

Bir müddət əvvəl koronavirusa yoluxmuş H.Hacıyev, həmçinin səhhəti barədə də məlumat verib. O, hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb:

"Evdə müalicə alıram. Süni tənəffüs aparatından daha istifadə etmirəm. Getdikcə yaxşılaşıram". /Pravda.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır