Tural Gəncəliyevdən Xankəndi ilə bağlı təşəbbüs
Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Tural Gəncəliyev təmsil etdiyi Xankəndi dairəsi ilə bağlı təklif səsləndirib.
Versus.az-ın xəbərinə görə, deputat Qarabağın Ermənistan işğalına qədər fəaliyyət göstərmiş təhsil ocaqlarının yenidən qurulması məsələsinə diqqət çəkib.
“Büdcədə müasir təhsil sisteminin qurulması və inkişaf etdirilməsi istiqamətinə xüsusi diqqət ayrılıb. Qarabağda təhsil infrastrukturunun yenidən qurulması məsələsi xüsusi diqqətə alınmalıdır. Bu xüsusda təmsil etdiyim Xankəndi şəhərində şəhərin işğalına qədər Pedaqoji İnstitutun filialı fəaliyyət göstərirdi. 1973-cü ildən bu institut müstəqil ali məktəb kimi fəaliyyət göstərirdi”.
T.Gəncəliyev institutun bərpasını zəruri saydı: “Qarabağa geri qayıdacaq əhalinin təhsilində oynadığı müsbət rolu nəzərə alaraq, Xankəndi Pedaqoji İnstitutunun və bu kimi təhsil olacaqlarının yenidən bərpası xüsusi əhəmiyyət kəsb edir. Büdcədə Xankəndi Pedaqoji institutunun yenidən bərpasının nəzərə alınmasını xahiş edirəm”.
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”