Ceyhun Bayramov Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında dedi ki...
“Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə əldə etdiyi razılaşmanın həyata keçirilməsi Cənubi Qafqazı daha sabit və proqnozlaşdırılan məkana çevirə bilər”.
Versus.az -ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.
“Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə görüşü irəliyə doğru önəmli addım olduğunu sübut edir. Üç lider daha əvvəl razılaşdırılan parametrlərin tətbiqi ilə bağlı detallı və hərtərəfli müzakirələr apardı, həmçinin münaqişə sonrası normallaşma ilə əlaqədar növbəti addımları müəyyən etdilər. Bu ilin sonunadək Rusiyanın məsləhətçi rolu ilə sərhədlərin delimitasiya və demarkasiyası üçün ikitərəfli Ermənistan-Azərbaycan komissiyasının əsasının qoyulması xüsusilə önəmldir. Azərbaycan bu razılaşmanın praktikada ləngimədən reallaşdırılmasını və bizim Cənubi Qafqazı daha sabit və proqrnozlaşdırılan məkana çevirmək məqsədimizə töhfə verəcəyini gözləyir”, deyə XİN başçısı bildirib.
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”