"Azadlıq fədaisi"-nin növbəti sahibi Sabir Rüstəmxanlı oldu

16:04 10-12-2021 | icon 564 | Siyasət
"Azadlıq fədaisi"-nin növbəti sahibi Sabir Rüstəmxanlı oldu

Fuad Əliyev ALDP-nin mükafatını deputata təqdim edib

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiya tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatının 2021-ci il qalibi Vətəndaş Həmrəylik Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlıya təqdim edib.

 

Versus.Az xəbər verir ki, "Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri Fuad Əliyev bildirib ki, mükafatın qalibini müəyyən etmək üçün partiyanın üzvləri arasında sorğu keçirilib.

 

Partiya sədri qeyd edib ki, ənənəvi olaraq hər il keçirilən sorğunun nəticələrinə görə qalib Beynəlxalq insan hüquqları günündə elan edilir:

 

"Bu ilin qalibi Vətəndaş Həmrəylik Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı  oldu”.

 

ALDP sədri Sabir Rüstəmxanlıya mükafat haqqında qısa məlumat verib və “Azadlıq fədaisi” mükafatını ona təqdim edib.



Sabir Rüstəmxanlı mükafata layiq görüldüyünə görə ALDP üzvlərinə minnətdarlığını bildirib.

 

Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçiləri üçün nəzərdə tutulan “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib.

 

2016-cı ildə REAL sədri İlqar Məmmədov, 2017-ci ildə eks-spiker Rəsul Quliyev, 2018-ci ildə  AXCP sədrinin müavini Gözəl Bayramlı, 2019-ci ildə Tofiq Yaqublu və Oqtay Gülaliyev, 2020-ci ildə isə hüquq müdafiəçisi Novella xanım Cəfərova  “Azadlıq fədaisi” mükafatına layiq görülüblər.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır