"Qorbaçov dövründə başladı, Yeltsin dövründə davam etdi, Putin dövründə isə donduruldu"
Fuad Əliyev: "Biz ordu quruculuğu ilə yanaşı, iqtisadiyyatımızı da gücləndirdik"
İkinci Qarabağ müharibəsindən sonra ermənilər uğradıqları məğlubiyyətə görə Rusiya hakimiyyətini və prezidenti Vladimir Putini ittiham etməkdə davam edirlər. Erməni mediası indi də belə bir yalan uydurub ki, guya Vladimir Putin prezident olana qədər Qarabağdakı separatçılar danışıqlar masasında tərəf olub.
Putin prezident olandan sonra bu aradan qalxıb: “Bütün bəlalarımızın, faciələrimizin əsas səbəbkarının konkret adı və soyadı, vəzifəsi var. Putin hakimiyyətə gələnə qədər ”artsax" danışıqlar masasında idi, Azərbaycan buna qarşı bir söz deyə bilməzdi. Putin buna son qoydu. Prezident Boris Yeltsin Ermənistana qarşı əsl rus vətənpərvərinin ən isti hisslərini yaşayırdı. Putinin Ermənistanı səmimiyyətlə sevməməsi onsuz da aydındır. Əslində buna görə də Putin ölkəmizin suverenliyini və müstəqilliyini məhdudlaşdırmaq üçün hər şeyi etdi.”
Erməni mediasının iddiası nə dərəcə əsaslıdır? Yeltsinin hakimiyyəti dövründə Qarabağ erməniləri danışıqlar masasında olubmu? Putin hakimiyyətə gələndən sonra danışıqlar formatında nə dəyişib ki, ermənilər Yeltsin dövrünün xiffətini edir?
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev burada Azərbaycan və Rusiya rəhbərlərinin münasibətlərinin də önəmli rol oynadığını söyləyib.
Partiya sədrinin fikrincə, Yeltsin demokrat olsa da, Qarabağ məsələsində Qorbaçovun yolunu davam etdirirdi:
"Hamıya məlum idi ki, Qorbaçovun ətrafında çoxlu erməni olub - Şahnazarov, Aqanbekyan və sair kimi ”məsləhət" verənlər. Qorbaçovun vaxtında başlanan Qarabağın işğalı Yeltsin dövründə davam olundu. Putin dövründə isə Qarabağ münaqişəsi donduruldu. Əslində bəlkə də bu bizim xeyrimizə oldu. Biz ordu quruculuğu ilə yanaşı, iqtisadiyyatımızı da gücləndirdik. Xarici investorları dəvət etdik. Tədricən aparıcı ölkələrdən dəstək aldıq. Xarici siyasətdə paritetliyi saxladıq. Ermənistan isə baxmayaraq ki, Rusiyaya donor ölkə kimi baxıb, Rusiya təsirindən çıxmaq üçün Qərbə meylli olub. Qərbyönüllü siyasət yürüdüb. Bu da təbii ki, rəsmi Moskvanın xoşuna gəlməyib. Bunlar hamısı Azərbaycanın xeyrinə oldu".
ALDP sədri diqqəti daha bir məqama - İlham Əliyevin və Vladimir Putinin şəxsi münasibətlərinə yönəldib:
"Ermənilər bunları bilirdilər, ona görə də işğal etdiyi ərazilərdə bir iş görməyiblər, ancaq dağıdıblar. Düzdür, bir neçə məsələ - Rusiya sülhməramlılarının mandatdan kənar fəaliyyəti, heykəllərin qoyulması və sair kimi məsələlər hələ də açıq qalıb. Amma bunlar da vaxtında öz həllini tapacaq". /"Yeni Müsavat"/
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”