“Bu prosesdə ATƏT-in Minsk Qrupunun hər hansı dəstəyinin tərəfdarı deyiləm”
Qabil Hüseynli: “Gələcəkdə bu praktika davam etdirilə bilər və...”
Dekabrın 15-də Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində çıxış edən Prezident İlham Əliyevin ATƏT-in Minsk Qrupundan gözləntiləri ilə bağlı fikirləri maraqla qarşılanmaqla yanaşı, həmin qurumda olan dövlətlərə növbəti dəfə bir mesajı verdiyi qeyd olunur. Eləcə də Brüsseldə Minsk Qrupu dövləti olan Fransanın da iki dövlət başçılarını görüşdürməsi bu qurumun fərqli formatda dirçəldilməsinə bir işarədir.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın ATƏT-in Minsk Qrupundan yeni geosiyasi reallığa uyğun cavab gözlədiyini bildirib. Ölkə rəsmisi bəyan edib ki, Azərbaycan tərəfi Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə bilər.
Minsk Qrupunda olan dövlətlər bu çağırışa nə dərəcədə adekvat, səmimi cavab verəcək?
Versus.Az xəbər verir ki, politoloq Qabil Hüseynli açıqlamasında bu prosesdə ATƏT-in Minsk Qrupunun hər hansı dəstəyinin tərəfdarı olmadığını deyib. Politoloq vurğulayıb ki, əgər prezident belə deyirsə, görünür hansısa məqamları bizdən yaxşı bilir.
Q.Hüseynli qeyd edib ki, Brüsseldə Ermənistanın baş naziri ilə təkbətək görüşlərdə maraqlı məqamlar olub:
“Söhbət ondan gedir ki, mən bölgədə sülh atmosferi yarada biləcək cəsarətli addımların atılacağını, kommunikasiyaların açılmasını, sərhədlərin müəyyənləşməsi istiqamətində də addımların atılacağını, həmçinin sülh müqaviləsində işlərin başlanacağını gözləyirəm. Doğrudur, Brüsseldə bu müzakirələr hər hansı sənədlər hazırlanmadan baş verir. Amma hər halda Soçi görüşündə Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar prosesi də var və yəqin ki, Rusiya bu prosesi dəbbəliyəcək”.
Q.Hüseynli Avropa İttifaqının, eləcə də Fransa prezidentinin Brüsseldə prosesə ehtiyatlı formada qatılmasını da diqqətçəkici məqam kimi qeyd edib:
““Gələcəkdə bunun Avropa İttifaqı ilə Rusiya arasında mövqe mübarizəsinə çevriləcəkmi” sualına cavab verməkdə çətinlik çəkirəm. Hər halda iki ölkə rəhbəri arasında birbaşa dialoqun başlaması müsbət addımdır. Gələcəkdə bu praktika davam etdirilə bilər və uğurlu nəticələr verə bilər”. /hafta.az/
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”