Hafiz Hacıyev Tural Gəncəliyevə OD PÜSKÜRDÜ

15:35 20-12-2021 | icon 382 | Siyasət
Hafiz Hacıyev Tural Gəncəliyevə OD PÜSKÜRDÜ

"Təbrik etdiyi "matışka"nı da götürüb Xankəndidə yaşasın"

 

“Bu cür səviyyəsiz adamlarla hara gedəcəyik, bilmək olmur. Bu yanaşma anormallıqdır”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamasında deputat Tural Gəncəliyevin köməkçisi Samir Məmmədovun “Eurovision Junior”un qalibi olan ermənini erməni dilində təbrik etməsinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsləndirib.

 

Hafiz Hacıyev deputatı sərt tənqid edərək belə şeyin normal olmadığını vurğulayıb:

“Ona görə bu günə qalmışıq, ona görə pərakəndə haldayıq. Bilmirəm, Xankəndidə hansı erməni Tural Gəncəliyevə səs verib. Səviyyə odur da, bundan ibarətdir. Bundan qabaq deyirdi ki, erməni dilini öyrənək. Sonra gedib hansısa erməni “matışka”sı qalib gəlir, onu təbrik edir. Bu cür səviyyəsiz adamlarla hara gedəcəyik, bilmək olmur. Tural Gəncəliyev bilmirəm haradandır, kimin adamıdır, gətirib sırıyıblar təyin edilmiş deputatlar sırasına. Belə səviyyəsiz adamların o cür səviyyəsiz çıxışları da olmalıdır. Tural Gəncəliyev üç-dörd ay qabaq Xankəndiyə köçürdü. Kişiliyi çatırsa, gedib Xankəndidə ermənilərə, Akopgilə desin ki, mən sizin deputatınızam. Getsin elə təbrik etdiyini alıb onunla birlikdə yaşasın. Bunu normal qəbul etmirəm. Prinsip olmalıdır. Kişinin prinsipi olmalıdır. Ofis axtarırdı Xankəndidə, gedib otursun da orada. Yersiz söhbətləri qəbul etmirəm”. /yenicag.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır