“Bütün bunlar Rusiya və Fransanın oyunlarıdır”

17:00 24-12-2021 | icon 1033 | Qarabağ
“Bütün bunlar Rusiya və Fransanın oyunlarıdır”

Üzeyir Cəfərov: “Fransanın Azərbaycandakı səfirinə sərt xəbərdarlıq edilməlidir”

 

“Laçın dəhlizi” Azərbaycan ordusunun, sərhəd-gömrük xidmətinin nəzarətinə keçməlidir. Bu, kommunikasiya xətlərinin açılmasından əvvəl baş verməlidir”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov Fransa prezidentliyinə namizəd Valeri Pekresin, digər ictimai xadimlərin və məmurların qanunsuz Azərbaycan ərazisinə keçmələri, erməni silahlıların çox rahat şəkildə yeni mövqelər inşa edib, səngərlər qazmalarını, erməni gənclərinin mülki paltarda Laçın dəhlizindən Xankəndinə keçərək ordakı "hərbi hissə"lərdə "qulluq" etmələri və sair məsələlərlə bağlı açıqlamasında bildirib.

 

Ekspert məhz bu səbəbdən də hesab edir ki, Laçın dəhlizində nəzarət-buraxılış məntəqələri yaratmağın vaxtı çatıb.

 

Ü.Cəfərov fransz siysətçinin sərhədimizi məhz sülhməramlıların nəzarətində kməsinə diqqət çəkib:

 

“Bu onu göstərir ki, sülhməramlılar üzərinə düşən öhtəliyi yerinə yetirmirlər. Rusiyanın müdafiə naziri Şoyqo, prezident Putin isə sülhməramlıları regionda sülhün təminatçısı kimi öyürlər. Görünən odur ki, onların adı sülhməramlı olsa da, Azərbaycanın icazəsi olmadan qeyri-qanuni hərəkətlərə yol verir, axtarışda olan Araik Arutunyan kimi cinayətkarı Ermənistana, ordan da Rusiyaya yola salırlar. Bütün bunlar Rusiya və Fransanın oyunlarıdır. Fransız xanım siyasətçi prezidentliyə namizəddir. Onun gizli şəkildə Xankəndiyə gedib ermənilərlə görüşməkdə məqsədi odur ki, fransada olan çoxsaylı ermənilərin səsini qazansın”.

 

Ekspert hesab edir ki, yalnız demək, tənqid etməklə kifayətlənməməli, konkret sərt adımlar atmalıyıq. O, bildirib ki, Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağrılmalı və ona sərt xəbərdarlıq edilməlidir:

 

“Bizə məlumdur ki, bu yaxınlarda Makron Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirini bir araya gətirdi. Fransa rəsmisi öz siyasətçisinin Azrbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasını necə izah edə bilər. Rusiyanın səfiri də nazirliyə çağrılmalı və ona da başa salınmalıdır ki, “ivanlar, ayılın”. İvanlar ayılmaq istəmirlər, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərirlər”.

 

Ekspert bildirib ki, bu birinci hal deyil və Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, Azərbaycanın icazəsi olmadan sülhməramlıların ordan kimisə buraxmaq səlahiyyətləri yoxdur:

 

“Amma biz deyib, biz eşidirik. Ona görə də Laçın dəhlizinə nəzarət məsələsi bizim üçün prinsipialdır”.

 

Qarabağda cərəyan edən bu qarışıq proseslərə diqqət çəkən hərbi ekspert 2022-ci ildə Laçında başqa qanunların işlənməsinə zəmin yaradıldığını deyib:

 

“Azərbaycan Laçında həm sərhəd, həm də gömrük postunun yaradılmasını tələb edəcək. Çünki indiyə kimi Rusiyanın zaman-zaman hansı hoqqalardan çıxdığını çox görmüşük. 1990-cı ildən bu yana Rusiya yalnız Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlik göstərib. İndi Rusiya prezidenti illik mətbuat konfransında yəqin ki, rus əsgərlərini “dağın başına” qaldıracaq.  Deyəcək ki, “onlar olmasaydı bölgədə qan su yerinə axacaqdı”. Ona görə hesab edirəm ki, biz bu məsələlərdə sərt mövqe nünayiş etdirməliyik. Diplomatik etiket olaraq XİN Rusiya, Fransa səfrilərini çağırıb onları xəbərdar etməlidir. Biz belə əməllərin qarşısını almasaq, sabah başqa hoqqalarının şahidi olacağıq”.

 

Ü.Cəfərov hesab edir ki, bu gün Ermənistanın guya kompramisə, danışıqlara gəlməsi onların tülkü xislətidir. Bu cür çıxışlarla onlar yalnız vaxt qazanmaq istəyirlər:

 

“Onlara ordularını möhkəmlətmək lazımdır. Bundan sonra sərhəddə və Qarabağda başağrısı verəcəklər. Hər keçən gün separatçıların Qarabağda nəfəslərini açmasına genişlənməsinə kömək edir. Ona görə də biz indidən separatçıların başını əzməliyik. Biz birmənalı olaraq Laçın dəhlizinə nəzarət etməliyik. Ermənilərin güclənməsini, yaxud hansısa terror törədib əsgərlərimizin həlak olmasını gözləmədən, hərəkətə keçməliyik”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Mədəkiçiltmə erasının sonu gəlir

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Əmirbəyovdan “Zeit”ə AÇIQLAMA