“Bu səfərə Moskva tərəfindən razılıq verilib”
Məhəmməd Əsədullazadə: “Separatizmi körükləməklə Azərbaycana təzyiq etmək istəyirlər”
“Fransanın prezidentliyə namizədinin qanunsuz yolla Laçın dəhlizindən Qarabağa gəlməsi Rusiya sülhməramlılarının məsuliyyətsiz və Azərbaycana qarşı təxribatının nəticəsidir. Düşünürəm ki, bu səfərə Moskva tərəfindən razılıq verilib".
Versus.Az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Fransa siyasətçisinin Qarabağda özbaşına davranış sərgiləməsini şərh edərkən bildirib.
Politoloq bəyan edib ki, fransız siyasətçinin Qarabağa gəlməsi qanunsuzdur və Ermənistan da burda məsuliyyət daşıyır. Politoloq hesab edir ki, Ermənistan belə qanunsuz səfərlərin qarşısını almalıdır:
"Regionda münasibətlərin normallaşması üzrə proses gedir. Digər tərəfdən bu, 10 noyabr birgə bəyannaməsinə ziddir. Rusiya sülhməramlıları xarici ölkə vətəndaşlarını bu bölgəyə buraxmamalıdır. Görünən odur ki, bu separatizmi körükləməkə Azərbaycana təzyiq etmək istəyirlər. Rəsmi Bakı Rusiya Müdafiə Nazirliyinə də sorğu və etiraz bildirməlidir. Bütün hallarda düşünürəm ki, Azərbaycan tərəfi Laçın dəhlizinə post qoymalıdır. Dövlət başçısı Brüsseldə belə bir mesaj vermişdi”
M.Əsədullazadə hesab edir ki, Zəngəzur dəhlizi açılsa da, sərhəddə Laçın dəhlizinə nəzarət etmədikcə, Azərbaycana qarşı belə təxribatları görəcəyik:
"Erməni separatizminin qarşısını almaq, silahlı birləşmələrin ləğvi ilk növbədə Laçın dəhlizinə nəzarətimizdən keçir. Və Azərbaycan tərəfi bunu həyata keçirməlidir". /hafta.az/
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”