Siyasi partiyalar nəyə fokslanmalıdır?

16:12 30-12-2021 | icon 836 | Siyasət
Siyasi partiyalar nəyə fokslanmalıdır?

Rəşad Bayramov: “Diplomatik fəaliyyətlə bağı hakimiyyəti dəstəkləmək siyasətini güdməliyik”

 

Regionun geosiyasi mənzərəsi, diplomatik müstəvidə cərəyan edən proseslər bir çox hallarda siyasi müxalifət tərəfindən fərqli aspektlərdə müzakirə olunur. Bir çox hallarda hansısa radikal qruplar tərəfindən siyasi maraqlara xidmət edən çıxışlar da olur ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır.

 

Bu və ya digər məsələlərlə bağlı versus.az-a müsahibə verən Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Siyasi Şurasının sədri, politoloq Rəşad Bayramov maraqlı nüanslara diqqət çəkib.

 

 - Rəşad müəllim, regionun mövcud durumu ölkənin ictimai-siyasi camiyəsindən hansı addımların atılmasını tələb edir. Belə bir vəziyyətdə siyasi təşkilatlar necə çıxış etməlidir?

 

- Hesab edirəm ki, siyasi partiya olaraq müxtəlif yönümlərdə yox, məhz hakimiyyətin Qarabağda həyata keçirdiyi diplomatik işlərə fokslanmalıyıq. Camiyətdə iqtisadi, sosial sahədə xeyli problemlər var. Bahalaşma, qiymətlərin qalxması, kommunal xərclərin artması və sair. Bu problemlər aradan qaldırlmadıqca, ona da münasibət bildirilməlidir. Amma biz birinci növbədə diplomatik fəaliyyətlə bağı hakimiyyəti dəstəkləmək siyasətini güdməliyik.

Cəmiyyətin maarifləndirilməsi, müəyyən məsələlərdə bu prosesi düzgün anlaması üçün partiyaların gördüyü işlər də buna fokslanmalıdr.

Bu gün döyüş meydanında qələbə qazanmışıqsa, mütləq bunu diplomatik sahədə də təmin etməliyik, əks halda bu qələbə yarımçıq olacaq və  istədiyimiz nəticəni əldə etməkdə çətinlik çəkəcəyik. Siyasi partiyalar 44 günlük müharibə başlayandan etibarən konkret bir mövqe ortaya qoydular. Qarabağ müharibəsi ilə bağlı əks fikir bildirmək də mümkün deyil. Bütün siyasi partiyalar vahid mövqedən çıxış edərək Azərbaycan hakimiyyətinin mövqeyinin müdafiəsində dayandılar. Bu gün hakimiyyət diplomatk fəaliyyətlə bağlı addımlar atır. Burada da siyasi partiyalarla hakimiyyətin mövqeyi üst-üstə düşür. Amma təbii ki, fərqli məqamlar da var. Bu da müxalifətdə olan bəzi siyasi partiyaların bu gün hakimiyyətin atdığı addımların alternativini tqdim etməkdən ibarətdir. Misal üçün mən bu gün Paşinyanın “Zəngəzurdan yol açılır, dəmir yolu istifadəyə veriləcək” və sair fikirlərinin böyük uğur kimi təqdim olunmasının da əleyhinəyəm. Bu günkü şərtlərlə Zəngəzur dəhlizinin açılması o deməkdir ki, artıq dəhliz yox, yoldur. Əgər kömrük postları qrulacaqsa, bu həm də o deməkdir ki, Paşinyanın müharibə bitəndən sonra dediyi vəziyyət ortaya çıxdı. Çünki Paşinyan deyirdi ki, hər hansı bir dəhlizdən söz getmir, sadəcə kommunikasiyaların açılması və yoldan söhbət gedir. Və bu ilkin baxışdan bu o deməkdir ki, Paşinyan istəyinə nail oldu. Amma bu gün cəmiyyət və siyasi partiyalar olaraq fokslanmalı olduğumuz məsələ bu deyil. Fokslanmalı olduğumuz məsələ Prezidentin Brüssel görüşündə NATO baş katibi ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər olmalıdır. Fikir də ondan ibarət idi ki, Zəngəzurda kömrük postu qurulacaqsa, eyni şəkildə də Laçında gömrük postlarının qurulması həyata keçirilməldiir. Bu gün həm siyasi partiyalar, həm cəmiyyət, ayrı-ayrı siyasi aktiv insanlar QHT, media qurumları olaraq fokslanmalı olduğumuz məsələ prezidentin verdiyi həmin bəyanatın icrası ilə bağlı olmaldır. Əgər biz Laçın sərhədində gömrük məntəqələrinin qurulmasına nail ola bilsək, bu, sözün əsl mənasında artıq münaqişənin bitməyi anlamına gəlir. Bu o deməkdir ki, bu gün hələ də Azərbaycanın nəzarətində olmayan 20-25 min erməni ya Azərbaycan vətəndaşlığını qəbul eləməlidir, ya da Ermənistan pasportu daşımalıdır ki, o yoldan istifadə eliyə bilsin. Ermənistan vətəndaşı olacağı halda isə onun gömrükdən keçib Azərbaycan ərazisində qalma müddəti maksimum 3 aydır. Ondan sonra Laçın dəhlizində Rusun dayanıb-dayanmamasından, orda separatçı rejimin bəyanat verib-verməməsindən asılı olmayaraq bunların hamısının ipinin ucu bizim əlimizdə olacaq.

Bu o demək olacaq ki, bu gün Paşinyan Brüssel görüşündə öz istəyinə nail olmuş kimi görünsə də əslində bizim Laçında kömrük postu qurmağımızın nəticəsi və məntiqi o olacaq ki, Paşinyan Brüssel görüşündə öz ayağına balta vurmuş oldu.

Ayrı-ayrı qüvvələrin Qarabağ məsələsi üzərindən manipulyasiya edib yeri gəldi-gəlmədi, haqlı oldu-olmadı, bu gün aparılan siyasəti tənqid atəşinə tutması əslində çox zərərli bir şeydir. Bu gün hakimiyyət deyir ki, mən Laçında dəhliz qoyacam, sən tənqid edəndə konkret bu mövqeni də tənqid etmiş olursan. Və yaxud bu gün hakimiyyət deyir ki, Qarabağ statusundan hər hansı söhbət gedə bilməz.  Tənqid edəndə bu məsələ ilə bağlı da tənqiddən söz gedir. Bunlara yol vermək olmaz. Söhbət ondan gedir ki, bu gün ölkədə İqtisadi, sosial sahələrdə kifayət qədər problemlər var. Baxın bu gün dövlət məmuru, iqtisadiyyat naziri, maliyyə naziri, YAP-ın deputatları bir-birinin ardınca çıxıb 2022-ci ilin dövlət büdcəsini təbliğ edirlər ki, indiyə qədər olan ən böyük dövlət büdcəmizdir. Heç kim demir ki, sənin bu il 29 milyardlıq dövlət büdcən 19 milyard dollar edir, 2015-ci ildəki 17 milyon yarım büdcən 21 milyard dollar edirdi. Ən böyük dövlət büdcəsindən danışmaqdansa deməlidirlər ki, bahalı komunal xidmətlər dövrü yaşayırıq, ən bahalı qaz istehlak dövrünü, ən bahalı ərzaq dövrünü yaşayırıq. İstənilən ərzaq, geyim, dərman məhsuluna baxanda keçən illə müqayisədə 25 faiz artım görürük. Bunun üzərinə getmək lazımdır. Yoxsa “filan yerdə filan bəyanat qəbul olundu, burda cümlə belə yazılmalı idi” deməklə istənilən məsələyə nail olmaq mümkün olmayacaq.

Bu gün Ermənistanın səmimiyyətindən, bu və ya digər sənədə imza atıbsa konkret mütləq o işi görməsindən söz getmir. 44 günlük müharibə dövründə əlimizdə olan əsas sənəd BMT-nin 4 qətnaməsi idi. Biz Qarabağ müharibəsi başlayan zaman onun əsasında çıxış edirdik. Bu gün Ermənistan rəhbərliyinin istər üçtərəfli bəyanatda, istər sonrakı 11 yanvar bəyanatı, istər Soçi, istərsə də Brüssel samitində qəbul olunan bəyanatlar olsun, atdığı imza bizim üçün nöbəti mərhələlərdə Ermənistana təzyiq kimi istifadə üçün lazımdır. Əsas bunlar götürülməldir.

 

- Görünən odur ki, Rusiya Zəngəzurda hərbçiləri, Laçında sülhməramlıları ilə regiona nəzarət edən əsas “obyektir”. Bu vəziyyət özü regionda sülh prosesinə, Azərbaycanın təhlükəsizliyi məsələsinə hansı təsirini göstərə bilər və Azərbaycanın maraqlarının qorunması baxımından bizə nə verə bilər?

 

- Əvvəla, Zəngəzur dəhlizi ilə Laçın dəhlizinin hüquqi statusu eyni olmalıdır. Laçında dəhliz açılıbsa, ona rus sülhməramlıları nəzarət edir, Zəngəzurda da dəhliz olacaq. Zəngəzurda postlar qoyulacaqsa, Laçında da həmin postlar qoyulmalıdır. Əslində bu gün üçün əsas vəzifə bundan ibarət olmalıdır.

Burda Zəngəzur dəhlizi ilə Laçın dəhlizinin eyni status daşımasından da söhbət getmir. Zəngəzur dəhlizi Azərbaycanın bir tərəfini digər tərəfi ilə bağlayan dəhlizdir. Laçın isə Ermənistan sərhədini Azərbaycanla bağlayan dəhlizdir. Burda daha çox eyni hüquqi rejimin tətbiqindən söz gedir. Yəni sən orda gömrük postu qoyursansa, post-patrul xidməti tətbiq edirsənsə, eyni məsələ də Laçında tətbiq olunmalıdır.

Digər tərəfdən, Rusiya bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin bir an içində normallaşması və sülh sazişinin imzalanmasında ona görə maraqlı deyil ki, bu sülhün imzalanması artıq Rusiyanın vasitəçiliyinə ehtiyacı aradan qaldırır. Bu gün Rusiya öz sülhməramlılarının ordan çıxmasından daha çox Paşinyan  hakimiyyətinin Ermənistandakı hərbi bazalarının öz ərazilərindən çıxartmasından çəkinir. Bu gün Qarabağda “sülhməramlı” adı ilə ordunun saxlamasında o arqument rol oynayır ki, Sabah Paşinyan Qərbin təzyiqi ilə o qüvvələri ordan çıxarmaq istəyəndə burda rus qoşunlarını saxlamaq üçün şərait yaransın. Amma bir analogiya var: Məsələ ondadır ki, burda rusun dayanması qəbul olunmuş sənədlərə görə müvəqqəti xarakter daşıyır. Amma Zəngəzurda isə müddət yoxdur. Rusiya orda əbədi qalmağı düşünür.

Emənistanla bağlı ortada çoxlu sayda xəritələr var. Hansı dövrün xəritəsini götürsək Azərbaycan bu prosesdən üstün vəziyyətdə çıxacaq. Amma yeni reallıq yaranıbsa, Azərbaycan 44 günlük müharibədən qalib çıxıbsa, niyə bundan maksimum şəkildə faydalanmayaq. Biz Azərbaycanın işğalı zamanı dağıdılan ərazilərimizin bərpasını istəyirik.  Yaxud, niyə biz Qars müqaviləsinə əsaslanmayaq. Biz bunları maksimum şəkildə tələb etməliyik ki, nəyəsə nail olaq. Bu gün təzminat əvəzində Zəngəzur torpaqlarının qaytarılması məsələsi müzakirə predmeti deyil. Bu gün Azərbaycanın əsas vəzifəsi hazırki ərazisində olan bütün torpaqlarda hüququ statusunu təmin etməkdən, möhkəmlətməkdən, bərpa etməkdən ibarətdir. Bu gün biz Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərimizdən separatçı rejimin çıxarılması, torpaqlarımıza tam hüququn bərpa olunmasından danışırıq. Təbii ki, müvafiq addımlar atılmalıdır. Ən azından 1 milyondan çox indiki Ermənistan ərazisindən deportasiya olunmuş insanlarımızın geri qayıdıb, yaşamaq hüququnun təmin olunmalı, mülkiyyət hüquqnun tanınması ilə bağlı iddialar qaldırılmalıdır. Eyni zamanda təzminatın ödənilməsi, bunlar addım-addım həyata keçirilməldir. Bu gün hər şeyi birdən istəyib, hər şeylə bağlı mübarizə aparanda heç nəyə tam olaraq nail olmaq mümkün olmur.

 

- Rəşad müəllim, Sülh sazişi imzalanmadan, sərhədlər müəyyənləşmədən, silahlılar ərazidən çıxarılmadan, Zəngəzur dəhlizinin hansı zərərləri ola bilər? Belə qeydlər var ki, bununla Ermənistana nəfəslik verilirsə, ermənilər yenə bildiyini edəcək.

 

- Kommunikasiyaların açılması heç bir halda zərərli ola bilməz. Biz adi Görüs-Qafan yolundakı 21 kilometrlik ərazidə komunikasiyanı bərpa edib orda gömrük postu qoymaqla nəticədə 2 aya 2 milyon manat büdcəyə əlavə vəsait daxil edə bildik. Orda təkcə Ermənistanın qazancından söz getmir.

Heç şübhəsiz ki, məsələnin kökündə iqtisadi maraqlar dayanır. Bu gün komunikasiyaların açılması Azərbaycanla Ermənistan arasında nəqliyyat yollarının açılışı, o cümlədən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması, tədricən Azərbaycan və Türkiyə maliyyəsinin Ermənistanda söz sahibi olmasına gətirib çıxaracaq. Bu da o deməkdir ki, tədricən Ermənistanı Rusiyanın asılılığından qurtarmaq imkanı əldə edəcək. Bu gün Avropa İttifaqı, NATO və digər Qərb ölkələri Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasında ona görə maraqlıdırlar ki, Türkiyə iqtisadiyyatı Ermənistanı Rusiyanın asılığından qurtaracaq. Türkiyənin regionda söz sahibi olması Qərb dairələrinin daha çox marağındadır.  Kommunikasiyaların açılması hər hansı bir ziyan törətmir. Amma bu o demək deyil ki, komunikasiyaların açılması ermənilərin bizimlə dost olması deməkdir və biz çomağı kənara qoymalıyıq. Biz daim o mövqedə olmalıyıq ki, Ermənistandan hər cür revanşizmi, aqressor siyasəti gözləmək olar. Ona görə də Prezident hər çıxışında deyir ki, əgər biz az da olasa təhlükə hiss eləsək, başları əziləcək.

Hesab edirəm ki, biz “burda birgə yaşayışa hazırıq, münasibətlər normallaşacaq” fikirlərini də çox tirajlamağa ehtiyac yoxdur. Bu gün Ermənistan Azərbaycanla birgə yaşayışa hazır deyil. Bircə nəfər də olsun bunu dilə gətirmir. Amma bizdə sanki hamı boy sırasına durub “birgə yaşayışı” təbliğ edir. Burda əsas məsələ onun üzərində qurulmalıdır ki, ərazi bütövlüyümüz təmin olunsun, hüququq cəhətdən azad olan ərazilərdə sözümüzü keçirə bilək.

 

- Bu gün Paşinyanın sülh prosesi müzakirəsindən söz açılır. Amma eyni zamanda deyilir ki, erməni terror təşkilatları, diasporaları, lobbilləri buna qarşı çıxıb, Paşinyana sülh sazişinə imza atmağa imkan verməyəcək. Sanki Paşinyan müsbət obrazdır, nəsə etmək istəyir amma xarici təsirlər buna yol verməyəcək.

 

- Əslində süh sazişinin bağlanması üçün əsas şərtlər öz həllini tapmayıb. Çünki demorkasiya və delimitasiya baş verməyib. Ölkələr qarşılıqlı şəkildə bir-birinin sərhədlərini tanımır. Ona görə də Ermənistan birinci növbədə Azərbaycanın sərhədlərini tanımalıdır. Düzdür, Azərbaycan hərbi sahədə qalibdir, amma bunu tam həyata keçirmək üçün Ermənistanı məcbur eləməlisən ki, sənin sərhədlərin tanınsın, sülh sazişi imzalansın. Bu da diplomatik danışıqlarda, masalarda həll olunur. Buna nail olunacaqsa, lap yaxşı. Olunmayacaqsa, təbii ki, Azərbaycan oturub 10 illər boyu sərhədlərin müəyyənləşməsi prosesinə nə vaxt başlayacağını gözləməyəcək, gözləməməlidir də. Azərbaycan əlində olan xəritələrlə birtərəfli qaydada bu prosesə başlamalı, öz ərazisinin  delimitasiya və demorkasiyasını həyata keçirməlidir. Bu olacaq. Biz təzədən 30 il də gözləyib Ermənistanın nə vaxt sərhədləri müəyyənləşdirəcəyini, sülhə gələcəyini gözləyə bilmərik. Ermənistan bütün sənədlərdə delimitasiya, demorkasiya ilə bağlı sənədlərə imza atıb. Bunun nəticəsi olacaq. Sabah Ermənistan bundan imtina edəcəksə, Azərbaycanın DƏMİR YUMRUĞU və təsir elementləri öz işini görə biləcək.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır