Ağdaban Soyqırımı - 30 il keçdi

16:00 08-04-2022 | icon 660 | Qarabağ
Ağdaban Soyqırımı - 30 il keçdi

Alp Arslan İmamqulu: “Tariximizi, düşmənimizi unutmayaq”

 

“Ağdaban Soyqırımından 30 il keçdi... Bunu Azərbaycan xalqına qarşı o düşmən etdi ki, müxtəlif dövrlərdə dost görünməyə çalışaraq, sülh müqaviləsi bağlayıb ardından da qətliamlar törətməkdən çəkinmədi. Nə olursa olsun, ermənilər əzəli tarixi torpaqlarımızda qurduqları saxta dövlətdə qaldqları müddətdə ölkəmizə qarşı məkrli siyasətləri bitməyəcək. Tariximizi, düşmənimizi unutmayaq”.

 

 

Versus.Az xəbər verir ki, bunu hərbi təhlilçi, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu 30 il əvvəl Kəlbəcər rayonunun Ağdaban kəndində erməni silahlı birləşmələri tərəfindən əhaliyə qarşı tördilən soyqırım və işğal faktı ilə bağlı açıqlamasında bildirib.

 

A.A.İmamqulu faktlara istinad edərək xatırladıb ki, Ağdaban Soyqrımı 1992-ci il aprel ayının 8-də Kəlbəcərin işğalından təqribən 1 il əvvəl ermənilər tərəfindən işğala şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş bir soyqırım hadisəsi idi:

 

“1992-ci il aprel ayının 8-də erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdı. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 67 nəfər isə amansızlıqla qətlə yetirilmişdi. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdı”.

 

 A.A.İmamqulu hesab edir ki, torpaqlarımızda erməni ziyankar həşaratların sonunu gətirməyin tək yolu yaratdıqları bataqlığı qurutmaqdır:

 

“Buna görə də bir zamanlar tarixi torpaqlarımızdan didərgin salınan soydaşlarımızın öz ata yurdlarına qayıdaraq yeni bir dövlət qurmaları ən doğru həll yoludur. Bu bir xeyli vaxt tələb etsə də, İravan Xalq Cümhuriyyətinin qurulması nicat yolumuzdur. Bu həm də mövcud saxta dövlətdə yaşayan insanların da terrorçu siyasi iradədən qurtuluşu olacaqdır. Bir kərə yüksələn bayraq bir daha enməz!” /hafta.az/

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Mədəkiçiltmə erasının sonu gəlir

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Əmirbəyovdan “Zeit”ə AÇIQLAMA