Azərbaycanın mövqeyi bütün tərəflərə bir daha aydın oldu

18:40 01-07-2022 | icon 550 | Siyasət
Azərbaycanın mövqeyi bütün tərəflərə bir daha aydın oldu

Zaur Məmmədov: “Konvensiyanın qəbulu hüquqi baza yaradır və mübahisələrin beynəlxalq hüquq şəraitində həll edilməsinə müsbət təsir edir”

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri, Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı və orada müzakirə edilən mühüm məsələlər müxtəlif aspektlərdə təhlil olunmaqdadır. Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında müzakirə olunan məsələlərin əhəmiyyəti xüsusilə qeyd olunur.

 

Eləcə də Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquq bazasının gücləndirilməsi, təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, su bioloji ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, habelə qarşılıqlı maraq doğuran digər sahələr üzrə çoxsaylı sazişlərin mövcud olması, yeni  saziş layihələri üzərində işlərin aparılmasının qabardılması, Xəzər dənizinin dibinin delimitasiyası ilə bağlı ikitərəfli və üçtərəfli formatda hüquqi qüvvəyə malik sazişlərin bağlanmasının əhəmiyyəti yüksək dəyərləndirilir.

 

Versus.Az xəbər verir ki, bu politoloq Zaur Məmmədov açıqlamasında Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısının əhəmiyyətinə toxunarkən ilk növbədə 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyəti və onun tezliklə qüvvəyə minməsi ilə əldə olunacaq yeni imkanlara, hüquqi bazaya diqqət çəkib.

 

Politoloq paralel olaraq, Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətində  bütün tərəflərin maraqlarının nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamağa əsaslanması və Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi imkanlarını yüksək dəyərləndirib. O, bildirib ki, 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya xüsusi əhəmiyyətə malik idi.

 

Politoloqun sözlərinə görə, 30 il ərzində 5 ölkə müxtəlif mübahisəli məsələlər ətrafında müzakirələr aparılıb. Hətta Azərbaycan-Türkmənistan, Azərbaycan-İran arasında ordakı yataqlarla bağlı müəyyən problemlər var idi:

 

“Təbii ki, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qəbul edilməsi, hüquqi baza yaradır və mübahisələrin beynəlxalq hüquq şəraitində həll edilməsinə müsbət təsir edir. Eyni zamanda bu, siyasi münasibətlərə də ciddi şəkildə təsir edir. 2018-ci ildən bu yana biz  Xəzərlə bağlı Azərbaycan -Türkmənistan, Azərbaycan-İran münasibətlərindəki yaxşılaşmanı da bu kontekstdə izah edə bilərik. Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətində bütün tərəflərin maraqlarının nəzərə alınması və  dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə bağlı dünən Prezidentin təkrarlanan çıxışı xüsusi əhəmiyyətə malikdir.  Çünki biz bəzən görürük ki, hansısa dövlətlər öz imperial ambissiyalarını həyata keçirmək üçün sərhəd toxunulmazlığı, ərazi bütövlüyü məsələsi ilə bağlı ikilistandartlara yol verirlər. Hətta qırmızı cizgini keçməklə də məşğul olurlar”.

 

Politoloq hesab edir ki, bu kimi bəyanatlar, çıxışlar və son zamanlar imzalanan hüququ baza əhəmiyyətli sənədlər həmin çevrələrin öz ambissiyalarını həyata keçirməsinə kifayət qədər ciddi mane yaradan amillərdən biridr:

 

“Cənab Prezident həm ikitərəfli görüşlər zamanı, həm iclas zamanı etdiyi çıxışlarda çox vacib məqamlara toxundu və əminəm ki, Azərbaycanın mövqeyi bütün tərəflərə bir daha aydın oldu. Azərbaycan həm Xəzəryanı ölkələri, həm də regional digər qeyri-xəzər ölkələrini yeni geoiqtisadi və nəqliyyat kommunikasiya xətlərində iştirak etməyə dəvət edir. Biz Rusiya, Azərbaycan, İran arasında Şimal-Cənub və eyni zamanda onun Qərb və Şərq istiqamətləri üzrə nəqliyyat qovşağının tezliklə yaradılmasında  maraqlıyıq. Eyni zamanda Zəngəzur dəhlizi vasitəsi ilə də Xəzərin o tayı, bu tayı İran-Rusiya arasında  yeni bir tranzitin və əməkdaşlığın qurulmasında maraqlıdır. Əlbəttə ki, bununla bağlı bəyanat vermişik. Azərbaycanın mövqeyi  münasibətəri istiləşdirən və əmkdaşlığı yeni rakuslarda təqdim etməyə imkan verir. Ümid edək ki, müxtəlif ölkələr tərəfindən bu xoş niyyətlər düzgün qəbul ediləcək və biz yeni sahələrdə də əməkdaşlığa başlayacağıq”.

 

Politoloqun fikrincə, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum istifadə etməsi üçün əlverişli imkanlara malikdir. Z.Məmmədov hesab edir ki, bu gün Zəngəzur dəhlizinin də Xəzəryanı dövlətlər üçün yeni imkanlar yaradacağı inkar olunmur.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Mədəkiçiltmə erasının sonu gəlir

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA