Partiyalılıq sistemi DƏYİŞDİRİLİR
“Azərbaycanda keçirilən islahatlar nəticəsində hakimiyyətin qolları arasında əməkdaşlıq genişlənib və siyasi partiyalarla dialoq başlayıb”.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsində parlament sədrinin müavini Fəzail İbrahimli deyib.
O bildirib ki, bu gün Azərbaycan dünya arenasında söz sahiblərindən birinə çevrilib:
“Bütün bunlar “Siyasi partiyalar haqqında” qanuna yeni baxışın ortaya qoyulmasına da gətirib çıxarır. Çünki Azərbaycanın qanunvericilik sistemi bütövlükdə və sistemli şəkildə dəyişdirilir. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müasir çağırışlara uyğunlaşdırılır”.
Fəzail İbrahimli qeyd edib ki, yeni qanun layihəsi Venesiya Komissiyasının tövsiyələrinə söykənir:
“Bundan başqa, biz Ekspert Komissiyası yaratdıq və onlar qanun layihəsinin hazırlanmasında böyük rol oynadı. Siyasi partiyalardan gələn təkliflərin də əhəmiyyəti oldu. Biz 47 partiyadan 250 təklif aldıq”.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"