Yeni Yol Partiyası qeydiyyatdan keçəndən sonra partiyada yeni təyinatlar və təyinat dəyişiklikləri olub.
Versus.Az xəbər verir ki, oktyabrın 23-də YYP-sədri Ramil Hüseynov partiyanın növbəti iclasını keçirib.
İclasda ölkəmizdə baş verən siyasi vəziyyət müzakirə edilib, ictimai-siyasi münasibətlər haqqında diskusiya aparılıb.
Görüşdə partiya əməkdaşlarının fəaliyyətləri haqqında müzakirələr, çıxışlar öz yerini alıb. Eyni zamanda ölkədə baş verən ictimai-siyasi, iqtisadi, mənəvi və digər sahələrdə baş verən proseslər müzakirə edilib.
Sonra partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı qərarlar qəbul edilib. Beləliklə:
Yeni Yol Partiyasında sədrin 1-ci müavini – Nurəddin Quliyev, siyasi məsələlər üzrə sədr müavini – Təyyar Yəhyayev, təşkilati məsələlər üzrə sədr müavini – Mais Hüseynov, seçki məsələləri üzrə sədr müavini – Ruhid Hüseynli, mədəniyyət məsələləri üzrə sədr müavini – Aybəniz Qafarlı, sosial-iqtisadiyat departamentinin rəhbəri – Firdovsi Məmmədov, gənclər təşkilatının sədri – Fuad Mirzəyev, partiya sədrinin müşaviri – Gülnar Fətəliyeva, ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri – Aytən Süleymanova oldu.
PƏRİ
Versus.Az