"Adam var ki, eyni vaxtda beş partiyanın üzvüdür"
“Mən adam tanıyıram ki, cibində beş partiyanın üzvlük vəsiqəsini gəzdirir. Yəni eyni anda 5 partiyanın üzvüdür”.
Versus.Az xəbər verir ki, bunu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı millət vəkili Elşən Musayev deyib.
“Elə adam var ki, bütün partiyaların tədbirində iştirak edir. Gah YAP-ın tədbirində görürsən, gah da digərinin tədbirində görürsən”, - deyə Elşən Musayev əlavə edib.
Onun sözlərinə görə, yeni qanun layihəsinə əsasən, partiya üzvlərinin reyestrinin aparılması gözlənilir ki, bu da müsbət haldır:
“Reyestrlə bilinəcək ki, hansı partiyanın nə qədər üzvü var. Partiyalar özlərinə hörmət etməlidirlər”.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"