Rişi Sunak və Corciya Meloni Bakı üçün nə vəd edir?

12:47 26-10-2022 | icon 428 | Siyasət
Rişi Sunak və Corciya Meloni Bakı üçün nə vəd edir?

Turan Rzayev: "Azərbaycana qarşı mövqelərində elə də ciddi dəyişiklik olmayacaq"

 

"Hind əsilli Rişi Sunak Böyük Britaniya, Corciya Meloni isə İtaliyanın baş naziri seçilib. Meloni İtaliyanın ilk qadın, Sunak isə Böyük Britaniyanın ilk hind əsilli baş naziri olaraq tarixə düşdü. Hər iki ölkədəki yeni baş nazir təyinatları Azərbaycanda da böyük maraqla qarşılanıb".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Turan Rzayev şərh edib.

 

Politoloq vurğulayıb ki, rəsmi London və Roma Bakının Qərbdəki ən vacib tərəfdaşlarıdır. Hər iki ölkə ilə iqtisadi, siyasi və diplomatik sahədə yüksək əlaqələr mövcuddur:

 

"44 günlük Vətən müharibəsində həm Böyük Britaniya, həm də İtaliya Azərbaycanın haqq işinə diplomatik dəstək nümayiş etdirən nadir Avropa ölkələrindən idi. Digər tərəfdən, başda İtaliya olmaqla, hər iki ölkə ilə enerji sahəsində yüksək əlaqələr var. Yeni baş nazirlərin seçilməsi fonunda bizi düşündürən əsas suallar bunlardır: Rişi Sunak və Corciya Meloni Bakı üçün nə vəd edir? Onların rəhbərliyində Böyük Britaniya və İtaliyanın Azərbaycana münasibəti hansı istiqamətdə formalaşacaq? İstər Böyük Britaniya, istərsə də İtaliya Avropanın köklü siyasi sisteminə malik ölkələridir. Hər iki ölkə fərqli xarici siyasətlərə malik olsalar da, yeni baş nazirlərin ölkələrinin Azərbaycanla bağlı mövqeyində ciddi dəyişiklik edəcəyi inandırıcı deyil. Sunakla bağlı ən narahatedici məqam yəqin ki, onun hind mənşəli olmasıdır. Ancaq bu, yersiz narahatlıqdır. Belə ki, Sunak qlobalist bir şəxsdir. Onun dünyaca tanınmış Bank-maliyyə elitası ilə əlaqələri genişdir. Sunakın bütün əlamətləri, həmçinin fəaliyyəti onun hərtərəfli ingilisləşmiş olduğunu göstərir. Sunak hind milliyyətçisi olsa idi belə Britaniya siyasi sistemindən kənara çıxa bilməzdi".

 

Corciya Meloniyə gəldikdə isə politoloq qeyd etdi ki, onun oktyabrın 25-də parlamentin aşağı palatası olan Deputatlar Palatasının Baş Assambleyasında çıxışı Azərbaycanla münasibətlərində necə formalaşdıracağına aydınlıq gətirir:

 

"Enerji problemindən danışan Meloni bildirib ki, İtaliya Putinin şantajına boyun əyməyəcək: “Putinin enerji şantajına boyun əymək problemi dərinləşdirmək deməkdir. Azadlığın öz qiyməti var". Ümumiyyətlə, İtaliya Rusiyanın qaz asılılığından xilas olmaq yolunda sürətlə irəliləyən ölkələrdən biridir. Son 7 gündə ümumiyyətlə İtaliya “Qazprom”dan qaz almayıb. Bu 1974-cü ildən bəri ilk belə haldır. Görünür, Meloni də keçmiş baş nazir Draginin bu siyasətinə sadiq qalacaq. İtaliyanın Rusiyadan qaz nəqlini dayandırması bu ölkənin qaza olan tələbatını digər ölkələrdən, həmçinin Azərbaycandan qaz nəql edərək kompensasiya edə biləcəyndən xəbər verir. Bu isə ondan xəbər verir ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq Corciya Meloninin dövründə də davam edəcək. Nəticə etibarilə i̇stər Rişi Sunakın, istərsə də Corciya Melonin baş nazirliyində Böyük Britaniya və İtaliyanın Azərbaycana qarşı mövqeyində elə də ciddi bir dəyişiklik olmayacaq".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...