“İran Azərbaycanla hansısa təhlükəli oyunlar oynamağa qadir deyil”-açıqlama

12:24 27-10-2022 | icon 507 | Siyasət
“İran Azərbaycanla hansısa təhlükəli oyunlar oynamağa qadir deyil”-açıqlama

 

 “İranın daxilində çox ciddi problemlər yarandığına görə, diqqəti hansısa formada ölkə xaricinə yönəltmək istəyirlər. İranın regionda vəziyyəti gərginləşdirmək və Ermənistanla birgə hərəkət etməsi bununla bağlıdır”. 

 

 

Bunu Versus.az -a Milli Məclisn deputatı Asim Mollazadə İranın işğalçı Ermənistanı dəstəkləyən mövqe sərgiləməsinin səbəbləri ilə bağlı açıqlamasında bildirib.

 

 

Onun sözlərinə görə, Ermənistan İranın ən yaxın dostu və müttəfiqidir.

 

“Əslində İran çox gözəl bilir ki, Azərbayacan öz müttəfiqləri ilə birlikdə İrana elə zərbələr endirə bilər ki, heç vaxt bu zərbələrdən özünə gələ bilməz. Ona görə də İran Ermənistan və digər müttəfiqləri ilə birlikdə bölgədə şou həyata keçirir.  Bütün dünya gözəl bilir ki, İran terroru dəstəkləyən, hərbi cinayətllər törədən ölkədir.  Onun daxilində vəziyyət gərgindir, insan hüquqları kobud şəkildə pozulur. Ona görə də İran anlamalıdır ki, Azərbaycanla hansısa təhlükəli oyunlar oynamağa qadir deyil”.

 

 

Ermənistanla İranın “Qafqaz” layihəsi ilə Zəngəzur dəhlizinin açılışına zərbə vurmasına gəlincə A.Mollazadə bildirib ki, İranla Ermənistan iqtisadi cəhətdən elə ağır vəziyyətə düşəcəklər ki, hansısa layihələr haqqında düşünməyə imkanları belə olmayacaq.

 

Belə bir ərəfədə deputat Azərbaycan Prezidentinin Gürcüstana səfərinin əhəmiyyətini yüksək dəyərləndirib.

“Gürcüstanla Azərbaycan müttəfiq və tərəfdaş ölkələr kimi birlikdə müxtəlif layihələr həyata keçirdirlər. Enerji, nəqliyyat sahəsində həyata keçirdilən layihələri daha da genişləndirmək imkanları var və irəlidə əməkdaşlığımız daha da arta bilər. Azərbaycanın istəyi bölgədə sabitliyi, sülhü yaratmaqdır. Və Gürcüstanla bu istiqamətdə səylərimizi artıracağıq”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...