"Konsulluqların açılması ilə bağlı İrana etiraz edilməlidir"

12:43 27-10-2022 | icon 387 | Siyasət
"Konsulluqların açılması ilə bağlı İrana etiraz edilməlidir"

Sərdar Cəlaloğlu: “İranın Zəngəzur layihəsini gözardı etməsinin arxasında mənfur niyyətləri var”

 

“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan beynəlxalq hava limanının açılışı ilə bağlı ölkəmizə səfərinin hazırkı şəraitdə reallaşması Ermənistanı himayə edən bəzi çevrələrin Azərbaycana qarşı başlatdığı hərbi-siyasi təhdidlərə qarşı tutarlı cavab və Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrinin sarsılmazlığı kimi dəyərləndirilməlidir”.

 

Bunu Versus.az-a ADP sədri Sərdar Cəlaloğlu qonşu İranın Azərbaycan sərhədlərində böyük sayda hərbi texniki qüvvələrdən ibarət olan hərbi təlimlər keçirdikdən sonra Qafan ərazisində konsulluq açması, eyni zamanda Ermənistanın Təbrizdə konsulluğunun açılmasına yaşıl işıq yandırması faktı ilə bağlı aıqlamasında bildirib.

 

Partiya sədri bundan ciddi narahat olduğunu, İranın bu addımlarının ölkələrimiz arasında dostluq, qonşuluq əlaqələrinə zərbə vurduğunu, təcavüzkar bir ölkəni dəstəkləməklə regionda sülhün və təhlükəsizliyin pozulmasına xidmət etdiyini deyib. S.Cəlaloğlu hakimiyyəti bu konsulluqların açılması ilə bağlı İrana etiraz etməyə səsləyib:

 

“İranın istər region, istərsə beynəlxalq kommunikasiya xətlərinin açılmasına xidmət edən, beynəlxalq ticari əlaqlərin inkişafına stimul verən Zəngəzur layihəsini gözardı etməsinin arxasında mənfur niyyətləri var”.

 

Partiya sədri eyni zamanda Ermənistanın Daşkəsən rayonu istiqamətində sərhədlərimizə ordu yığıması, növbəti hərbi təxribatlar üçün hazırlıqlar keçirməsi ilə bağlı yayılan məlumatlardan ciddi narahat olduğunu bildirib:

 

“Hakimiyyət düşmənin bu təcavüz planlarını alt-üst etmək üçün önləyici addımlar atmalıdır. Sərhəd qoşunları da daxil olmaqla ordumuzu hazır vəziyyətə gətirməyə, kapitulyasiya aktına qol çəkməsinə baxmayaraq azğınlığını davam etdirən düşmənin layiqli cavabını verməlidir”.

 

S.Cəlaloğlu son vaxtlar Rusiyanın rəsmi televiziya kanallarında qondarma “Dağlıq Qarabağ”ın xəritəsini əks etdirən verilişlərin yer almasından da ciddi narahat olduğunu bildirib:

 

“Bu təxribatçı hərəkətlər Azərbaycanla Rusiya arasında bu ilin fevral ayında bağlanmış müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında bəyannamənin tələblərinə daban-dabana ziddir. Bu, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə qarşı yönəlib. Azərbaycan hakimiyyəti Rusiya rəsmilərindən bu barədə izahat tələb etməlidir. Eləcə də milliyətcə erməni Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək, qondarma “Dağıq Qarabağ Respublikası”nın vətəndaşlığını qəbul etməsi, onun qeyri-qanuni olaraq Azərbaycanın yurisdiksiyasına daxil olan ərazilərdə sərbəst fəaliyətə başlamasına rəsmi münasibət bildirməlidir, həmin şəxsin barəsində müvafiq tədbirlər görməlidir”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...