“Molla rejimi”ndən İslam dünyasına XƏYANƏT

10:33 11-11-2022 | icon 415 | Siyasət
“Molla rejimi”ndən İslam dünyasına XƏYANƏT

"Azərbaycanın öz torpaqlarını azad etməsi haylardan çox fars şovinistlərinə pis təsir edib"

 

Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı bəzi müsəlman ölkələrinin rəhbərlərinə açıq mesaj yollayıb. Dövlət başçısı qeyd edib ki, məscidləri dağıdan ermənilər müsəlman ölkələri ilə dost ola bilməz.

 

"Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik" - deyə Prezident sözlərinə əlavə edib.

 

 

Ölkə başçısının bu fikirləri haqqında danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev vurğulayıb ki, Ermənistanın müsəlman düşməni və islamafob qüvvələrin əlində alət olduğu artıq kimsəyə, o cümlədən müsəlman dövlətlərinə sirr deyil.

 

Deputatın sözlərinə görə, Şuşadakı çıxışında ölkə başçısı vurğulayıb ki, bu yöndə fəal iş aparıldıqdan sonra müsəlman dövlətlərinin əksəriyyəti Ermənistanın mahiyyətini başa düşüb, buna adekvat addımlar atmağa başlayıblar:

 

"Amma hamısı bu fikirdə deyil. İlk növbədə İranın Ermənistanla dostluğuna diqqət çəkərək, vurğulamaq istəyirəm ki, oradakı rejim dinsiz rejimdir. Biz bəzən İran rejimini "molla rejimi" adlandırırıq. Halbuki bununla mollaları təhqir edərik. Çünki onların içərisində dinə, imana bağlı şəxslər kifayət qədər çoxdur. Dinsiz İran rejimi heç bir izahata ehtiyac olmadan, Ermənistanı hamıdan yaxşı tanıdığı halda yenə də ona qucaq açır, daim açıq və gizli dəstək göstərir. Ölkə başçısının qeyd etdiyi kimi, bunun kökündə riyakarlıq durur. Eyni zamanda, İranın addımları Azərbaycanın varlığından və güclənməsində qorxmasından irəli gəlir. İranın simasında bu qüvvələr Azərbaycanın güclənməsində öz məhvini görür. Bu məntiqlə çıxış edir, təxribatlara əl atırlar". 

 

 

Sahib Alıyev müsəlman ölkələrinin Prezident İlham Əliyevin çıxışından növbəti dəfə ibrət götürəcəyini, Ermənistanla və islamafob qüvvələrlə münasibətlərə yenidən baxacağını düşünür.

 

"Ölkə başçısı qeyd etdi ki, bizim məhz fəal diplomatiyamız sayəsində müsəlman dövlətlərinin çoxu reallığı anladı. Bəziləri İran kimi "psevdo müsəlman" dövlətinin, ya da Minsk Qrupuna həmsədrlik edənlərin təsiri altında zaman-zaman Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə düzgün mövqe tutmurdular. Xatırlayıram ki, 2008-ci ildə Əlcəzair BMT Baş Assambleyasında işğal edilmiş torpaqlarımızla bağlı qətnamənin əleyhinə səs verənlərdən biri idi. Amma bu gün Əlcəzair Ərəb liqası dövlətlərinin Zirvə görüşünə Prezident İlham Əliyevi də dəvət edir və ona çıxış imkanı yaradır. Bu bir daha göstərir ki, İranın hərəkətləri yanılmaqdan irəli gəlmir, birmənalı olaraq Azərbaycana düşmənçilikdən irəli gəlir. Son 2 ildə görürük ki, Azərbaycanın öz torpaqlarını azad etməsi haylardan çox fars şovinistlərinə pis təsir edib.


Biz İrandan belə qat-qat güclü ölkələrin iradəsinə rəğmən öz torpaqlarımızı işğaldan azad etmişiksə, tam suverenliyimizi təmin etmək əzmindəyiksə, İranın nə düşünməsindən və nə etməsindən asılı olmayaraq, digər məqsədlərimizə də çatacağıq" - deyə deputat sözlərinə əlavə edib. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...