Bu cür davam edəcəklərsə, Qarabağda qalmalarına nə ehtiyac?
Mətin Məmmədli: "Ermənistan silahlı qüvvələri hələ də öz mövcudluqlarını davam etdirir"
10 noyabr üçtərəfli sazişin bağlanmasından 2 il keçir. Ermənistan kapitulyasiya aktına imza atandan sonra götürdüyü öhtəlikləri yerinə yetirmək əvəzinə yenə də sərhəddə atəşkəsi pozur və sərsəm iddialarını davam etdirir. 10 noyabr sazişindən keçən 2 il ərzində Ertmənistanın öz öhtəliklərin hansı səbəblər üzərindən yerinə yetirmədiyi nə qədər bəllli olsa da, məhz bu sazişin bağlanmasında əsas vasitəçi olan Rusiyanın hansı səbəb üzündən özünün imza atdığı sənədin müddüəlarının icrasına səy göstərmədiyi, yaxud Ermənistanı buna məcbur edə bilməməyi də maraqla izlənir. Görünən odur ki, ermənilər iddia olunduğu kimi Xankəndində Rusiya sülhməramlılarının təşkilatçılığı ilə aksiya keçirir və o etiraz aksiyasında ermənilər sülhməramlıların bölgədə qalmasını tələb edirlər. Yaranmış mövcud vəziyyət 2 ildən sonra üçtərəfli sazişin icrası yönündə hansı addımların atılacağını gündəmə gətirir. Nəhayət, 10 noyabr sazişinin müdüəları nə zaman icra olunacaq və Laçın dəhlizindən erməniləri Xankəndiyə toplayan sülhməramlıların mandatına necə baxıla bilər?
Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib ki, üçtərəfli bəyanat bu sənəd II Qarabağ savaşını yekunlaşdıran, Azərbaycanın qələbəsini şərtləndirən, Ermənistanın məğlubiyyətini təsdiq edən bir sənəddir.
Ekspert bəyan edib ki, bu sənəd həmçinin kapitulyasiya elementlərini özündə ehtiva edir:
“Üçtərəfli saziş tərəflər qarşısında müəyyən öhtəliklər qoymuşdur və bu öhtəliklər bizim tərəfimizdən tam olaraq həyata keçirdilib. Təəssüf ki, Ermənistan o öhtəliklərin bir qismini hələ də həyata keçirtməyib”.
M.Məmmədli yerinə yetirilməyən öhtəliklər sırasında xüsusilə iki məqamın üzərində dayanıb:
“Onlardan biri budur ki, bölgədə Ermənistan silahlı qüvvələri hələ də öz mövcudluqlarını davam etdirir. Üçtərəfli bəyanata görə, erməni silahlıları artıq Rusiya sülhməramlı qüvvələri bölgədə yerləşdirildikdən sonra çıxarılmalı idi. Ancaq bu günə qədər də həmin bənd həyata keçirilmir. Son günlər verilən açıqlamalardan da məlum olur ki, sülhməramlıların erməni silahlı qüvvələrini bölgədən çıxarmaq niyyətləri yoxdur. Digər məsələ regional kommunikasiyaların açılması ilə bağlıdır. Yəni üçtərəfli bəyanatın 9-cu bəndinə görə Ermənistan Azərbaycanın əsas hissəsi-qərb rayonları ilə Naxçıvan arasında dəhliz açmalı idi. Daha dəqiq desək, Zəngəzur dəhlizini açmağı öz üzərinə götürmüşdü. İndiyə qədər Ermənistan həmin öhtəliyini də həyata keçirtməyib. Görünən odur ki, yaxın zamanlarda həyata keçirtmək fikri də yoxdur. Hər halda Ermənistan rəsmiləri Zəngəzur dəhlizini açmamaqla bağlı bir daha öz mövqelərini nümayiş etdirirlər. bütün bunlar bölgədə sülh prosesinə, xüsuilə də iki ölkə arasında sülh danışıqlarına çox ciddi mənfi təsir göstərir və bölgədə yeni gərginliklərin yaradılması üçün mühit formalaşdırır”.
M.Məmmədli bildirib ki, Rusiya sülhməramlılarının fəaliyyəti Qarabağda öz missiyalarından kənara çıxan davranış nümayiş etdirirlər və son zamanlar da Qarabağda baş verənlər sülhməramlıların öz funksiyalarına uyğun fəaliyyət göstərmədiyini göstərir:
“Ermənistandan Qarabağa humanitar yardım adı ilə müxtəlif yüklər, silahlar göndərilib. Azərbaycanın razılığı olmadan erməni siyasiləri Qarabağa gedib gəlirlər. Rusiya sülhməramlıların fəaliyyəti ona yönəlib ki, erməni separatizmini yenidən körükləsin. Bu da təbii ki, Azərbaycan cəmiyyətində narazılığa səbəb olub. Əgər sülhməramlı qüvvələr fəaliyyətlərini bu cür davam etdirəkscə onların Qarabağda qalmasna nə ehtiyac var. Eyni zamanda sülhməramlılar Laçın dəhlizindən öz funksiyasına aid olmayan məqsədlə istifadə edirlər. Bütün bunlar həm sülhməramlıların fəaliyyətinə, həm də Laçın dəhlizi məsələsinə yenidən baxılmasını aktuallaşır”.
T.Qafarlı
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"