TƏCİLİ: Sərhədlər bağlanır, anti-terror əməliyyatı başlayır

08:26 14-11-2022 | icon 394 | Siyasət
TƏCİLİ: Sərhədlər bağlanır, anti-terror əməliyyatı başlayır

Fuad Əliyev: "Ermənistan sülh dili başa düşmür, onu məcbur etməliyik"

 

“Müsahibələrimdə dəfələrlə demişəm ki, Ermənistanı sülhə məcbur etmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın və daxili işlərinə qarışmasın”.

 

Versus.Az  xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

 

 

Fuad Əliyevin sözlərinə görə, Ermənistan 09 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin yerinə yetirməkdən boyun qaçırır:

 

“Azərbaycan tərəfi imzalanan Bəyannamənin bütün bəndlərini yerinə yetirib. Ermənistan isə  yerinə yetirmir. Ermənistan Azərbaycanla indi gah Brüsseldə, gah Moskvada görüşlər keçirməklə vaxtı uzadır. Hər dəfə bu görüşlərdən sonra Paşinyan Ermənistana qayıdarkən, öz çıxışları ilə əldə olunan razılaşmaları pozur. Məqsədi aydındır. Bu mənasız danışıqlarla məsələni dondurmaq istəyir. Səmərqənddə, öz çıxışında prezident İlham Əliyev Ermənistana və onların himayədarlarına bir daha bildirdi ki, məsələnin uzadılması Ermənistana xeyir gətirmiyəcək. Hesab edirəm ki, əgər Ermənistan bu yolu davam etsə, onda biz sərhədləri bağlıyaraq anti-terror əməliyyatlara başlamalıyıq”.

 

ALDP sədri hesab edir ki, Ermənistan öz öhdəliklərini yerinə yetirməsə, təhlükəsiz yaşaya bilməyəcək:

 

“Ermənistan öz xoşu ilə sülh şəraitində yaşamaq istəmirsə, onda onları məcbur etmək lazımdır. Onlar sülh dili başa düşmürlər. Azərbaycan ordusu anti-terror əməliyyatları keçirərək güc dili ilə onlara başa sala bilər. Ordumuz buna hazırdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...