Vahid Əhmədovdan TƏKLİF

12:48 16-11-2022 | icon 367 | Siyasət
Vahid Əhmədovdan TƏKLİF

“Fransa Senatının qətnaməsi ilə bağlı işçi qrup yaradaq”

 

“Fransa Senatının məlum qətnaməsi ilə bağlı Milli Məclisdə işçi qrup yaradılmalıdır”.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin iclasında deputat Vahid Əhmədov belə təkliflə çıxış edib.

 

O bildirib ki, işçi qrup Fransa Senatının qətnaməsinə cavab hazırlamalı və Milli Məclis adından bəyanat verilməlidir. 

 

“Biz buna qiymət verməliyik və Fransa Senatının qərarını pisləməliyik”, - deyə Vahid Əhmədov əlavə edib. 

 

Bildirək ki, noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul olunub. 

 

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, həmin qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir, açıq təxribat xarakteri daşıyır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...