MCP-dən İranın anti-Azərbaycan təbliğatına qarşı BƏYANAT

00:05 17-11-2022 | icon 344 | Siyasət
MCP-dən İranın anti-Azərbaycan təbliğatına qarşı BƏYANAT

Milli Cəbhə Partiyası İranın Azərbaycan Respublikası əleyhinə apardığı təbliğatla bağlı Bəyanat yayıb.

 
 
Versus.Az xəbər veriri ki, bəyanatda deyilir:
 
 
"İranın Azərbaycan Respublikası əleyhinə apardığı təbliğat, yürütdüyü siyasət İslam dininə, beynəlxalq qanunlara və qonşuluq ənənələrinə uyğun deyil. İllərdir Azərbaycan torpaqlarını işğalda saxlayıb dini, mədəni abidələrimizi dağıdaraq təhqir edən, Azərbaycanın müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirən Ermənistanla məhz özünü İslam dövləti elan etmiş İranın heç bir məntiqə uyğun olmayan qardaşlığı, sıx münasibətləri tamamilə ədalətsiz, qərəzlidir.
 
 
Azərbaycan Respublikası hər zaman qonşularla sülh və qarşılıqlı xoş münasibətlər zəminində yaşamağı əsas götürüb. Lakin İran Azərbaycana qarşı xarici siyasətində düşmən mövqe tutduğu kimi, daxili siyasətində də İranda yaşayan milyonlarla soydaşımıza qarşı repressiya həyata keçirir, onların hüquqlarını illərdir tanımır, dillərində məktəb açılmasına imkan vermir.
 
 
İran siyasiləri çıxışlarında, bəyanatlarında, habelə mətbuatda Azərbaycan əleyhinə yanlış təbliğat kompaniyası aparır.
 
 
Odur ki, Milli Cəbhə Partiyası (MCP) İranın Azərbaycan Respublikası əleyhinə olan bütün addımlarını qətiyyətlə pisləyirik. Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının bərpa olunmasını tələb edirik. Ümumiyyətlə İranın Azərbaycan əleyhinə çıxışları, təhidləri bütün İslam dünyasına qarşı təhdiddir. Çünki Azərbaycan işğalda olan torpaqlarını azad etməklə eyni zamanda ümumislam mədəniyyətinə aid olan dini abidələri, məscidləri də azad edib. Müsəlmanların tapdanan, təhqir olunan qürurunu xilas edib. Bu baxımdan bütün müsəlman ölkələri Azərbaycana təşəkkür etməlidir, dəstək verməlidir. Əgər İran torpaqlarımızın azad edilməsinə narahat olubsa, demək onun İslam adına iddiası şübhəlidir.
 
 
İranın Azərbaycana qarşı İslam dininə, qonşuluq ənənələrinə zidd olaraq çıxışları, anti - Azərbaycan təbliğatı nəinki İranın xeyrinədir, əksinə orada yaşayan soydaşlarımızın da uzun müddətdir İranda davam edən anti-hökumət aksiyalarına qoşulmasına təşviqdir. İran unutmamalıdır ki, orada yaşayan 40 milyon soydaşımızın damarında fars yox, Azərbaycanlı qanı axır. İran əslində bundan narahat olmalıdır ki, daxilindəki milyonlarla Azərbaycan türkü son məqamda Azərbaycanın yanında olacaq.
 
 
Milli Cəbhə Partiyası İranın Azərbaycan haqqındakı anti-təbliğatını pisləyir və İran rəhbərliyini yürütdüyü siyasətə yenidən baxmağa, İslam dininin təməl prinsiplərinə əməl etməyə, qonşuluq ənənələrinə riayət etməyə səsləyir".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...