Şuşa könüllüləri Şuşa üçün hazırlaşırlar

17:03 29-11-2022 | icon 588 | Qarabağ
Şuşa könüllüləri Şuşa üçün hazırlaşırlar

Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq işlərinə və “Böyük Qayıdış” prosesinə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən ötən aylarda “Qayıdış könüllüləri” proqramına start verilib. 

 

Proqram çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi ilə birgə “Ağdam könüllüləri” qrupu artıq fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi ilə birgə formalaşdırılan “Şuşa könüllüləri” qrupunun isə təlim mərhələsi uğurla davam edir. 

 

8 Noyabr Zəfər Günü ərəfəsində qəbuluna start verilən “Şuşa könüllüləri” qrupuna qısa müddət ərzində 250-dən çox şəxs müraciət edib. Müsahibə mərhələsinin yekununda 20-yə yaxın könüllü seçilərək proqramın təlim mərhələsində iştirak haqqı qazanıb. Dörd gün müddətində müxtəlif dövlət qurumlarının nümayəndələri və peşəkar təlimçilər tərəfindən keçirilən təlimlərdə iştirak edən könüllülər son mərhələ olaraq imtahana cəlb olunacaqlar. 

 

Yekunda imtahan mərhələsini uğurla başa vuran “Şuşa könüllüləri” Şuşa şəhərində həyata keçirilən müxtəlif fəaliyyətlərə cəlb olunacaqlar. Onlar Şuşaya səfər edən yerli və xarici qonaqların qarşılanması, ərazidə görülən işlərlə tanışlığı prosesinə, Şuşada keçirilən yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilinə, bərpa və yenidənqurma işlərinə könüllü dəstək göstərəcəklər. 

 

Qeyd edək ki, “Qayıdış könüllüləri” proqramının başlıca vəzifəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planının 3.1.3. bəndinə uyğun olaraq, əhalinin yaşayış məntəqələrinə qayıdışının asanlaşdırılması və gənclərin bu prosesdə iştirakının təşviqidir. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...