“III müharibənin olması mümkündür” - MÜSAHİBƏ
Pənah Hüseyn: "Rusiya Qarabağda hərbi baza yaratmaq istəyini açıq şəkildə ortaya qoyub"
Qarabağda Azərbaycan adlarının sülhməramlılar tərəfindən erməni dilində qeyd olunması ilə bağlı yaranan gərginlik, erənilərin yeraltı mədənlərimizi istismar etməsi, monitorinqin aparılması ilə bağlı Azərbaycanın etirazları, Laçın yolundan Qarabağa 14 İran terrorçusunun keçirilməsi ilə davam edir. Görünən odur ki, 10 noyabr üçtərəfli sazişi nə ermənilər, nə də rus sülhməramlıları tərəfindən yerinə yetirilmir. Rusiya sülhəramlıları qeyri-qanuni erməni silahlılarını ərazilərimizdən çıxarmaq əvəzinə, cinayətkarları qoruyur, silahlandırır vəziyyəti gərgin olaraq saxlayır.
Belə bir vaxtda Qarabağda yaşayan erməni əhalisinin Azərbaycana inteqrasiyası ilə bağlı ata biləcəyimiz digər addımlarla bağlı müzakirlər gedir.
Versus.Az xəbər verir ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn müsahibəsində müəyyən nüanslara diqqət çəkib.
- Pənah bəy, bu gün sülməramlıların müvəqqəti yerləşdiyi Qarabağ ərazisində mövcud durum, yaranmış gərginlik, erməni sakinləri arasında uydurma “arsax”ın təbliğinə, separatizmə qarşı xalq diplomatiyasının işlək vəziyyətə gətirilməsinin mümkünlüyündən danışılır. Qeydlər var ki, Xankəndində olan ermənilərin Azərbaycan dövlətinə inteqrasiyasına nail olmaq üçün QHT nümayəndələri sülhməramlıların iştirakı ilə həmin ərazilərə səfərlər etməlidir. Necə hesab edirsiz, eləcə də siyasi partiyaların, QHT-lərlə birgə ərazilərə gedib bu danışıqlarda iştirak etməsi hansı effekti verə bilər və nə dərəcədə mümkündür?
- Azərbaycan QHT nümayəndlərinin Xankəndinə gedib erməni vətəndaşları ilə görüşünün əleyhinəyəm. Hesab edirəm ki, indiki reallığın əsas prioritet istiqaməti bu deyil.
Azərbaycan müharibədəki qələbədən sonra Ermənistanla sülhün bağlanması, münasibətlərin normallaşması, istərsə də Qarabağda yaşayan erməni əhalisinin reinteqrasiyası və bu prpsesdə sülhyaratma, nizamlanma işi getməlidir. Amma mənim düşüncəmə görə, real durumda prioritet hərbi-siyasi yol olaraq qalır. Çünki Qarabağda hələ 10 mindən yuxarı “Arsax” terrorçu quruplaşma var. Belə bir vəziyyətdə xalq diplomatiyası, yaxid siyasi partiyaların da bu prosesə cəlb olunması həlledici əhəmiyyətə malik ola bilməz. Hələ indiki vəziyyətədə bu məsələnin həlli dövlətlərarası münasibətdən və silahlı qüvvələrdən, təhlükəsizlik orqanlarından daha çox asılıdır. Təsadüfi deyil ki, II Qarabağ müharibəsindən sonra yaranan gərginliklər fonunda III müharibə də istisna olunmur. Xüsusən, Qarabağda olan separatçı qüvvələrin nəinki aradan qaldırılması, “erməni silahlı qüvvələr” adı altında onların ordakı Rusiya sülhməramlılarının mühafizəsi və himayəsi altında daha da möhkəmlənməsi istiqamətində də addımlar müşahidə olunur. Bu Azərbaycan cəmiyyətində çox ciddi narahatlıq doğurur və regional təhlükəsziliyi təhdid eliyən çox hadisə kimi meydana çıxır.
Bu yaxınlarda Qarabağa silah daşınması haqqında məlumatlar, İran İslam Respublikasından Qarabağa terror məqsədi ilə desant qrupunun göndərilməsi 2020-ci il 9-10 noyabr sazişinin ziddinə olaraq “Laçın dəhlizi” adlanan keçiddən erməni əhalinin təkcə Ermənistanla humanitar əlaqəsini yox, faktiki olaraq yeni müharibə hazırlığı, qeyri-humanitar addımlar üçün istifadə olunduğu üzə çıxır. Digər tərəfdən, Ermənistanın özünün siyasəti faktiki olaraq vaxt qazanmaq, bu vəziyyəti uzatmaq və imkan, şərait yaranarsa Azərbaycana qarşı yeni bir təcavüzün başladılması olduğunu gizlətmir. O baxımdan əsas xətt hərbi -siyasi yol olaraq qalır. Elə eləmək lazımdır ki, xalq diplomatitası ümumi sülhün brqərar olmasına, iki dövlət arasında münasibtlərin normallaşmasına, daha açıq desək, Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılmasının əleyhinə işləməsin.
Digər tərəfdən bu prpses regional və qlobal prosesdən asılı vəziyyətə düşüb və açığı onun təsiri altındadır. Bu məsələnin həlli, proseslərin gedişi Rusiya-Ukrayna müharibənin təsiri altındadır. Həmin savaşın Cənubi Qafqaza, indi isə Yaxın və Orta Şərqə keçməsi stratejiləri haqqında məlumatlar var. Bu münasibətlər iki dövlət, hətta Cənubi Qafqaz dövlətləri arasında məhdudlaşmır. Bu gün Azərbaycan-Türkiyə hərbiçilərinin Azərbaycanın cənubndakı hərbi təlimləri, Türkiyə müdafiə nazirinin “Şuşa Bəyannaməsi bizim bir milər bir dövlət olduğumuzu və bunun bir mesaj olduğunü göstərir” deməsi sözgəlişi deyil. İran tərəfindən Azərbaycana qarşı təcavüzkar münasibət gizlədilmir. O baxımdan bu fonda dediyininz xaql diplomatiasının təsir imkanları xeyli dərəcədə zəifdir. Lakin Azərbaycan Silahlı qüvvələri məsələlərdə həlledici rol oynamada davam edir. Özümüzü aldatmayaq, hələlik aralıq vəziyyətdəyik və bütün istiqamətlərdə üsullardan istifadə etməliyik.
- Məlumdur ki, dekabrın 3-də Laçın-Xankəndi yolu ilə hərəkət edən erməni maşınları qısa müddətdə tıxacda qaldı. Səbəb sülhməramlıların Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrini həmin ərazidə mədənlərin qeyri-qanuni istismarı ilə əlaqədəar monitorinq keçirmək üçün ərzilərə buraxılmaması idi. Qarabağda sülhməramlıların gözü qarşısında torpaqlarımız istismar edilir və bizi ərazilərimizə qoymaq istəmirlər, çıxış yolu harda axtarılmalıdır?
- 30 ildir ki, Qarabağda Azərbaycanın təbii sərvətləri talanır. Orda xarici şirkətər qeyri-qanuni fəaliyyət göstərirlər. Bu gün Azərbaycan tərəfinin monitorinq tələbi və yolda yaranan gərginlik ermənilərdə yüksək isterikaya səbəb oldu. Doğrusu, bu Ermənistan cəmiyyətinin kollektiv şəkildə şizofreniyaya tutulmasını bir daha göstərdi. Çünki ermənilər hay-küy salıb “genosid”, guya terorçu dəstələrin yolu keçməsindən” danışrdılar. Erməniər onları xaricdə təlim keçmiş xüsusi təyinatlılar, diversant dəstələr kimi təqdim edib hay-küy saldılar. Təbii ki, bu xəstə erməni xislətidir. Bizim məlum nazilikdə işləyən adamların adı da məlumdur, vəzifələri də. Buna baxmayaraq bunu dövlət orqanlarımız tərəfindən həyata keçirilən uğurlu əməliyyat hesab edirəm. Şübhəsiz ki, bu davamlı olunmalıdır.
Məlumata görə, həmin monitorinqin aparılmasına razılıq verilib, sonra yenı rezonanslı hadisə ortaya çıxdı ki, sülhməramlılar Laçın yolu sərhəddində gömrük postu qoyacaq. Amma sonra təkzib olundu ki, sadəcə rusiya sülhməramlıarın özlərinin nəzarətində olacaq girib-çıxan maşınları yoxlamaq üçün skayner texnikası olacaq.
Lakin Laçında 5 kilometrlik ərazinin Ermənistan Azərbaycan sərhəddi olan hissədində mütləq bizim sərhədçilərimiz, gömrük xidməti qurulmalı, orda Azərbaycan bayrağı dalğalanmalıdır. Sərhəddin Rusiya sülhməramlılarının nəzarəti altında olması ilə bağlı bizim müqaviləmiz yoxdur. 10 noyabr sazişində yazılıb ki, 5 kilometrlik ərazidə Rusiya sühməramlıları təhlükəsziliyi təmin edir və Qarabağ ermənilərinin maniəsiz gedib gəlməsinə nəzarət etməlidir. Bizim sərhəddimiz heç bir halda öz nəzarətimizdən kənara qoyula bilməz.
- Bu məsələdə Rusiya ilə hansı bir aydınlaşmaya ehtiyac var?
- Rusiya faktiki olaraq münaqişə ocağının qorunub saxlanmasını təmin edir. Sülhməramlıların bizim ərazimizdə mövcudluğu Rusiya üçün bəhandir və bunu axırıncı ana qədər əlindən verməyəcək. Hesab edirəm ki, riskli görünən hərbi əməliyyatlar davam olunmaldır. Laçında təkcə bizim Ekologiya Nazirliyinin əməkdaşları görünməli deyil. Bilirsiz ki, iki gün əvvəl Rusiya-Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşü keçirildi. Məzmun tam açılmadı, amma Lavrovun belə bir açıqlaması oldu ki, Sülh müqaviləsi istiqamətində danşıqlar davam edir, sülh müqaviləsi Avropa deklarasiyasına uyğun olaraq hazırlanmalıdır.
Bu gün sülh müqaviləsi istiqamətində Qərblə -Rusiyanın müharibəsi gedir. Bu mənada sülh müqaviləsi ilə bağlı yeni görüşün keçirilməsi istisna edilmir. Bu görüş moskvada olmaldıır. Hər halda Rusiya sülhməramlılarının bu istiqamətdəki rolu ikibaşlı olaraq qalır. Konkret olaraq hazırda Rusiyanın əvvəlki kimi “Dağlıq Qarabağın statusu gələcək nəsillərə qalsın” yanaşmasının mümkün olmadığı ilə bağlı təəsüratı var. Amma Rusiyanın mövqeyi məlum olduğuna görə bu məsələdə optimist olmağa da əsas yoxdur. Müxtəlif modellər düşünülür. Bunlardan biri “Qarabağın Azərbaycanın tərkibində tanınması və ərazinin uzun müddət təhlükəzilik təminatı üçün Rusiya sülhməramlıalrına mandat verilməsi”. Və hətta ərazinin “Rusiyaya arendaya verilməsi haqqında” məlumatlar da var. Lakin bizim qarşımızda dayanan tələb odur ki, Azərbaycan məsələni 25-ci ilə qədər həll etməlidir. Ya ermənilər Azərbaycan vətəndaşı olaraq Xankəndidə yaşamalıdır, yaşamaq istəməyənlər çıxıb getməlidir. Azərbaycana, dövlət qurluşuna, insanlarımızın təhlükəsziliyinə təhdid yaradan terrorçu fəaliyyətdə olan qruplar da zərərsizləşdirilməlidir. Bunu da hərbi əməliyyatların başlanması, terror, xüsusi təyinatlı qüvvələrin əməliyyatları ilə həll etmək olar. Ona görə də III Müharibənin olması mümkündür. Revanşist qüvvlərin Qarabağda fəaliyyətini davam etməsi onları üçün daha ağır nəticələrə səbəb ola bilər.
- Pənah bəy, “müharibə başlaya bilər, hərbi əməliyyatlar” deyiləndə, dərhal qarşıya sülhməramlıları qoyurlar. Buna yanaşmanız nə oacaq və sizin dediyiniz Rusiya modellərində, “Rusiyanın Qarabağda özünün hərbi bazasını yaratmaq istəyi” görünürmü?
- Bəzi əməliyyatları sülhməramlılarla atəş təmasına keçmədən də həyata keçirmək mümkündür. Biz bunu Qarabağda keçirilən bir sıra hərbi əməliyyatlarda müşahidə etdik. Digər tərəfdən, Rusiya Qarabağda hərbi baza yaratmaq istəyini açıq şəkildə ortaya qoyub. Rusiya sülhəramlılarının Qarabağa gəlməsi hər hansı hüquqla təsbit olunmayıb. Azərbaycan da ona mandat verib qanuniləşdirməkdən imtina edib. Rusiya orda əbədi qalmaq istəyir. Amma unutmayaq ki, region məsələsi təkcə Rusiyadan asılı deyil. Bütün məsələlər bu gün Ukraynada həll olunur. Azərbaycana qarşı müharibə açmaq həm də faktiki olaraq Türkiyə ilə müharibə deməkdir. Rusiya Ermənistana görə Azərbaycan və Türkiyə ilə müharibəyə gedərmi? Demək olmaz ki, bu heç vaxt olmaz. Amma hər halda ehtimal azdır. Mürəkkəb prosesdir. Bizim mənafelərimiz qeyri-müəyyənliyi, təhlükəszliyə təhdid yaradan məqamların aradan qaldırılmasını zəruri edir.
- Türkiyə-Azərbaycan birgə hərbi təlimləri fonunda aparılan müzakirələrdə Türkiyə həri bazalarının Azərbaycanda yerləşdirilməsi önə çəkilir. Hesab olunur ki, bununla da qardaş ğlkə ilə hərbi əməkdaşlıq daha yüksək səviyyə qaldırıla bilər. Rusiya ilə Türkiyə bu məsələdə hansı razılığa gəlib?
- Gəlin özümüzü aldatmayaq. Faktiki olaraq Türkiyə hərbisi Azərbaycandadır. Şuşa Bəyannaməsi də bunun hüququ əsasdır. Əslində buna razılaşmayan Rusiya olsa da, nəhayətdə qəbul edib. İran da buna qarşı tərpəndi.
Bu gün Türkiyə Xəzər dənizində hərbi baza yarada bilmir və bu, müəyyən hüquqi problemlərlə bağlıdır. Amma hesab edirəm ki, Azərbaycan Türkiyənin Aralıq dənizi sularında bir dəniz bazasına malik ola bilər. Aralıq hərbi dəniz bazasını arendaya götürə bilər.
Bu gün Azərbaycanın bütün yaşayış məntəqələrində, şəhid məzarlarında həm də Türkiyə Türkiyə bayraqları var. Sadəcə bu əlaqələr dərinləşdirilməlidir. Bütün sahələr üzrə Türkiyə ilə inteqrasiyaya gedilməlidir. Hər halda 2023-cü ildə bu istiqamətdə müəyyən müsbət dəyişiklikləri görəcəyik.
- İranla münasibətlərdə 2023-cü ilə hansı dəyişiklik gözlənilir. İranın Qarabağa göndərdiyi “14-lük” terrorçu qrup özü vəziyyətin hansı istiqamətdə davam etdiyini açığa çıxarır?
- İran-Azərbaycan münasibətlərində müəyyən qırmızı xəttlər artıq keçilib. Düzü yenidən heç nə olmamaış kimi İran-Azərbaycan münasibətlərinin normsllaşmaya qayıdışını tez bir zamanda gözləmirəm. İranın Azərbaycana, Türkiyəyə, Ermənistanla münasibətdə apardığı siayasətində dəyişikliklər olmasa, hətta daxilindəki vəziyyətlə bağlı islahatlara getməsə məsələlərin əvvəlki məcraya qayıtması mümükün deyil. İran –Azərbaycan münasibətləri heç nə olmamış kimi üstüörtülü vəziyyətə qayıtmalı deyil. Iranda Azərbaycanlıların, təhsil, dil, təhlükəsizlik məsələləri önə çəkilir və bu istiqamətdə Azərbaycan və Türkiyə özünün mövqeyinim ortaya qoydu. Mən İrana münasibətdə indiki kursun davam etdirilməsinin tərəfdarıyam. Azərbaycan elə bir mərhələdədr ki, özünün möpvcudluğu üçün maraqları zonası müəyyən edilməldiir. Bu maraqlar İran coğrafiyasına keçir. Orda baş verən proseslər bizim üçün hansısa xarici ölkədə baş verən hadisə deyil. Bizim təhlükəsizliyimiz və digər məsələlərlə bağlıdır.
- Bəs Azərbaycan daxilində cərəyan edən proseslər mövcud gərgnliyə nə dərəcədə adekvatdır?
- Azərbaycanın daxilindəki bir sıra məsələlər anamaliyadır. Belə düşünürlər ki, məsələn Naxçıvan hadisələri fonunda, daxildə radikal dəyişikliklərdən, reformlardan çəkinmək lazımdır. Lakin hesab edirəm ki, daxili siyasi məsələlərdə dərin köklü dəyişikliklərdən çəkinmədən buna gedilməlidir. Bizə arşı Ermənistanın təcavüzü, bizə qarşı hibrit xarekteri almış təcavüzün əsas səbəblərdən biri də Azərbaycanda daxildə olan problemlərdir. Həlli mümkün olan məsələləri həll eləmək lazmdır ki, düşmənin əlinə bəhanə verilməsin. Biz bunun əksini görürük.
Deyək ki, bu gü “Siyasi partiyalar haqqında qanun layihəsi” yersiz bir dövrdə ortaya atılıb. Milli birlik istiqamətində müşahidə olunan son illərdəki meylləri dərinləşdirmək əvəzinə, bu məsələ gərginlik yaradır. Digər tərəfdən siyasi pülüralizmin və çoxpartiyalılığın formalaşması istiqamətində ciddi addımların atılması dövründə siyasi partiyalar üçün əlavə məhdudiyyətlər yaradılması təhdidlər meydana gətirir. İdarəçilik, subyektiv səbəblər üzündən bahaçılıq, infilyasiya hər bir insanın həyatında müəyyən ağırlıqlara səbəb olur. Bunlar da istər-istəməz bizim içərisində olduğumuz situasiyada təhlükəsizliklə bağlı probemlərin həllində bir yük olur. Ciddi reformalara gedilməlidir, “Siyasi partiyalar haqqında” qanun layihəsində gərginlik yaradan müddüəlar həll edilməlidir, ölkədə konstitusiya dəyişikliklərinə gedilməlidir. O halda Azərbaycan bir sıra qlobal, beynəlxaq proseslərin obyekti olmaqdan çıxacaq. Düzdür, bu istiqamətdə xeyli irəliləyişlər var. Lakin dünya bölüşdürülür. Belə bir vaxta biz bölüşdürülən tərəf yox, bölüşən tərəf ola bilərik. Yeni situasiyada, dünyanın yenidən şəkillənməsində iştirak edə bilərik. Azərbaycan böyümə mərhələsinə daxil olmalıdır. Bu böyümənin qarşı alınmazdır. Hər birimizin cidid fədakarlığaına ehtiyac var. Panikaya düşməyə ehtiyac yoxdur. Gələcəkdə milli iradə ortaya qoymaqla buna nail olacağıq. /"həftə içi"/
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"