ALDP-dən etiraz aksiyasının tələblərinə DƏSTƏK
"Azərbaycan suverinliyini təhdid edən məqamlara qarşı çıxmalıyıq"
Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, könüllülərin, vətəndaş cəmiyyətin nümayəndələrin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasının tələblərinə birmənalı dəstəkləyir.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında ALDP sədri Fuad Əliyev bildirib.
Partiya sədrinin fikrincə, son hadisələr onu göstərir ki, Rusiya sülhməramlı qüvvələrin müvəqqəti yerləşən Azərbaycan ərazəsində missiyanın mandatından kənar fəaliyyəti, birtərəfli mövqe tutaraq erməni separatçıların maraqlarından çıxış etməsindən ibarətdir:
"Hesab edirəm ki, Rusiyanın 9 noyabr 2020 ildə qəbul olunan üçtərəfli bəyanatla götürdüyü öhdəlikləri yerinə yetirməməsi, onların ərazilərimizdən vaxtından qabaq çıxarılması məsələsi qaldırılmalıdır. Azərbaycan rəsmiləri onların nəzərlərinə bir də çatdırmalıdırlar ki, onlar bizim razılığımızla və müvəqqəti olaraq ərazilərimizdə yerləşiblər”.
ALDP sədri bildirib ki, hökumət nümayəndələri Azərbaycan suverinliyini təhdid edən hər bir məqama qarşı çıxmalıdır.
SEVDA
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"