“Bir daha sübut olundu ki, şərtləri Rusiya sülhməramlıları pozur”

18:23 13-12-2022 | icon 603 | Siyasət
“Bir daha sübut olundu ki, şərtləri Rusiya sülhməramlıları pozur”

“Aktivistlərimizin, QHT və jurnalistlərimizin etiraz aksiyasını dəstəkləyirik”

 

“Müasir Müsavat Partiyası olaraq biz də bir nəfər kimi Laçın-Şuşa yolunda keçirilən aksiyaya qoşulmağa hazırıq”.

 

Versus.Az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının (MMP) Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova iki gündür Laçın-Şuşa yolunda davam edən aksiya ilə bağlı açıqlamasında bildirib.

 

Müasir Müsavat Partiyasının Laçın-Şuşa yolunda keçirilən aksiyanı dəstəklətdiyini nəzərə çatdıran Könül İsmayılova bildirib ki, bu etiraz aksiyası çoxdan keçirilməli idi:

 

“Bildiyimiz kimi “Ekoloji terrora son” şüarı altında keçirilən etiraz aksiyaları davam edir. Aksiya iştirakçılarına dəstək məqsədi ilə tədbirin keçirildiyi əraziyə könüllülər, blogerlər, media mənsubları və sair şəxslər gəlir. Rusiya sülhməramlıları isə əraziyə əlavə qüvvə cəlb edir.

Müasir Müsavat Partiyası olaraq biz də bir nəfər kimi Laçın-Şuşa yolunda keçirilən aksiyaya qoşulmağa hazırıq. Aidiyyatı qurumlar nə zaman məsləhət bilsələr, bütün rayon təşkilatlarımızla keçirilən aksiyada iştirak etməyə hazırıq. Aksiya başlanan anda Müasir Müsavat Partiyasının üzvləri öz dəstəklərini verirlər. Partiyamızın hər bir üzvü nə zaman lazım olsa, vətənimiz üçün əsgər olmağa hazırdır".

 

K.İsmayılova vurğulayıb ki, MMP Laçın-Şuşa yolunda azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin, media nümayəndələrinin keçirdiyi etiraz aksiyası dəstəkləyir:

 

"Düşünürəm ki, bu etiraz aksiyası çoxdan keçirilməli idi. Çünki rus sülhməramlıları Qarabağda öz missiyalarını düzgün yerinə yetirmirlər. Rusiya sülhməramlıları orada ayrıseçkilik edərək, ancaq erməniləri qoruyurlar. Sülhməramlıların aksiya keçirilən əraziyə texnika yığması və yolları bağlaması heç bir qanuna sığmır. Çünki bütün dünya bilir ki, o torpaqlar Azərbaycanın torpaqlarıdır. O ərazilər bizimdir və həmin torpaqlarda bizim vətəndaşlarımız olmalıdır. Bir daha sübut olundu ki, bütün qanunları, şərtləri Rusiya sülhməramlı pozur. Bizim bu gün ürəyimiz Laçınla, Xocalı, Xankəndi, Şuşa və bütün Qarabağla döyünür. Biz də hər zaman orada olmağa hazırıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...