MCP Şuşa-Laçın yolunda keçirilən aksiyasını dəstəkləyir
13:18 14-12-2022
|
571 |
Siyasət
"10 noyabr bəyannaməsinin müddəalarına tam əməl edilmədikcə, aksiyalar davam etməlidir"
"Milli Cəbhə Partiyası Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasını dəstəkləyir, sülhməramlıların və erməni separatçılarının davranışından asılı olaraq həmin aksiyalara qoşulmağa da hazırdır. Çünki bu, Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir".
Versus.Az xəbər verir ki, bu fikirlər Mill Cəbhə Partiyasının (MCP) məlumatında bildirilir.
MCP hesab edirik ki, Ermənistan XİN-in Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdır:
"Rusiya sülhməramlılarının Qarabağ iqtisadi rayonundakı hərəkətləri isə daha çox təxribata bənzəyir. Sülhməramlıların davranışı deməyə əsas verir ki, onlar tam olaraq separatçıları açıq-aşkar dəstəkləyir.
Biz bir daha Azərbaycan jurnalistlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin etiraz aksiyasını dəstəkləyir və sülhməramlıların onlara qarşı zorakılığını qətiyyətlə pisləyir. MCP bəyan edir ki, bu cür aksiyalar davamlı olmaqla yanaşı, sülhməramlılara da yerini və statusunu göstərməliyik. Neytral, şəffaf və həqiqi sülhməramlı olmaq istəmirlərsə, çıxıb getsinlər. Bizə öz vətəndaşlarımızla danışmağa vasitəçi lazım deyil.
10 noyabr bəyannaməsinin müddəalarına tam əməl edilmədikcə, aksiyalar davam etməlidir".
PƏRİ
Versus.Az
Xəbər lenti
InvestAZ
Ən çox oxunan xəbərlər
“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”
Bankların "qara siyahı"sına kimlər düşür?
Şou-biznesin yaradıcısı - 38 il
Meymunçiçəyi virusu sürətlə YAYILIR
Xəzər dənizinin sahilində NAR bulvarı salındı
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Ermənipərəst konqresmen Bakıdan QAÇDI
Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü
Cinayət Məcəlləsində YENİ MADDƏ
Bu virusun insana keçmə təhlükəsi yaranıb
Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə
COP29-un 9-cu gününün PROQRAMI
Diş şaqqıltısı və güclü əzələ spazmaları...