YYP Azərbaycan ictimaiyyətinin etiraz aksiyasını dəstəkləyir

17:46 14-12-2022 | icon 477 | Siyasət
YYP Azərbaycan ictimaiyyətinin etiraz aksiyasını dəstəkləyir

"10 noyabrda ölkələrin atdığı imzalara hörmətlə yanaşmağa çağırırıq"

 

Bu gün Yeni Yol Partiyasının Mərkəzi Aparatının növbəti iclası keçirilib.

 
 
Versus.Az xəbər verir ki, bu barədə partiyanın Mətbuat Xidmətinin məlumatında bildirilib.
 
 
Toplantıda ölkədə mövcud ictimai-siyasi vəziyyət, baş verən son siyasi proseslər, eyni zamanda, dünyada cərəyan edən hadisələr və bunun fonunda partiyanın beynəlxalq vəziyyətə münasibəti müzakirə olunub. O cümlədən, Qarabağ iqtisadi zonasında faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası haqqında fikir mübadiləsi aparılıb.
 
 
"Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarı iə bağlı çoxlu faktlar müəyyən olunub, Azərbaycan tərəfinin dəfələrlə müdaxiləsinə, çağırışlarına baxmayaraq bu faktların aradan qaldırılması üçün heç bir addım atılmayıb. Baxmayaraq ki, bu məsələlərin bilavasitə məsuliyyəti sülhməramlı kontininqentdədir. Azərbaycan vətəndaş cəmiyyətinin haqlı etirazına baxmayaraq üç gündə orada keçirilən etiraz aksiyalarını təqdirəlayiq hesab edirik və dəstəkləyirik. Fransa və İranın təsiri altına düşən Ermənistana bu təxribatlardan uzaq durmağı məsləhət görür, 10 noyabr kapitulyasiya aktının müddəalarından irəli gələn tələblərin yerinə yetirilməsinə və ölkələrin atdığı imzalara hörmətlə yanaşmağa çağırırıq" -deyə məlumatda bildirilir.
 
 
Qeyd edək ki, toplantının gündəliyində duran növbəti məsələllərdən biri də Mərkəzi İdarəetmə Qurumunun növbəti toplantısı barədə tarixin müəyyənləşdirilməsi olub. Qərara alındı ki, növbəti toplantı cari ayın 25 də keçirilsin.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...