Siyasi partiyalar etiraz aksiyasına qoşuldu
Rusiya sülhməramlılarının ermənilərlə birlikdə Azərbaycan monitorinq qrupuna qarşı maniələr yaradaraq ərazilərimizə buraxılmaması faktı ölkə ictimaiyyətinin narazılığına və qəzəbinə səbəbə olub. Bu səbəbdən də QHT və digər dövlət qurumlarının nümayəndələri 2 gündür ki, Laçın – Şuşa yolu istiqamətində sülhyaratma prosesinə maiə olan sülhməramlılara qarşı etiraz aksiyası keçirdir. Azərbaycan ictimaiyyəti öz ərazilərimizdə hərəkətə maniə yaradan sülhməramlıların və erməniləri ədalətə, haqqa dəvət etməkllə yanaşı süni əngəllərə son qoyulmasını və sülhməramlı missiyanın öz fəaliyyətinə çəki-düzən verməsini tələb edir. Artıq bir çox siyasi partiyalar da bu aksiyaya dəstək olmağa hazır olduqlarını bildiriblər.
"Rusiya hərbi kontingenti birtərəfli mövqe tutaraq separatçılarından maraqlarından çıxış edir"
Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib ki, Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz edən Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarını təmsil edən ekoloqların, könüllü fəallarının iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasının tələblərini tamamilə bəyənir və dəstəkləyir.
Partiya sədri qeyd edib ki, Azərbaycanın rəsmi qurumlarını təmsil edən şəxslərin Rusiya hərbi kontingentinin nəzarəti altında olan ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq aparmasına imkan verilməməsi hərbi kontingentin və və erməni separatçılarının birgə təxribatı nəticəsidir. Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarını təmsil edən ekoloqların və fəallarının buna etirazı təbiidir.
“Bütün bunlar bir daha onu göstərir ki, Rusiya hərbi kontingenti birtərəfli mövqe tutaraq separatçılarından maraqlarından çıxış edir, üçtərəfli bəyanatla müəyyən olunmuş mandatından kənara çıxaraq üzərinə düşən vəzifələri yerinə yetirmək istəmir. Buna gorə də həmin hərbi kontingentin Azərbaycan ərazilərindən çıxarılması zamanın tələbidir”.
Q.Əlibəyli bildirib ki, Aydınlar Partiyası etiraz edən vətəndaş cəmiyyəti təşkilatlarına qoşulmaq niyyətinin olduğunu bəyan edir və Rusiya hərbi kontingentin Azərbaycan ərazilərindən çıxarılması, seperatçı rejimin dərhal tərksilah edilərək, onun təmsilçilərinin məsuliyyətə cəlb olunmasını tələb edir.
"Bu Ermənistanla-Azərbaycan arasında sülh müqaviləsini acı bağırsaq kimi uzadan bir mexanizmdir"
Haqq Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli bildirib ki, Rusiya “sülhməramlıları” gözlənildiyi kimi təxribatlar törədir, Azərbaycanın milli maraqlarını təhdid edir, dövlətimizin içərisində dövlət qurur, Azərbaycan rəsmiləri bir yana, jurnalistləri belə bölgəyə buraxmırlar. O, hesab edir ki, bu artıq Rusiya sülhməramlılarının antiazərbaycan mövqeyini təsdiq edən faktorlardan biridir. Eyni zamanda Ermənistanla-Azərbaycan arasında sülh müqaviləsini acı bağırsaq kimi uzadan bir mexanizmdir.
“Rusiya Azərbaycana sülhü bərpa etmək üçün yox, konflikti daha da dərinləşdirmək üçün gəlib və o missiyanı yerinə yetirməklə məşğuldur. Təbii ki, Azərbaycan rəsmiləri, media, QHT-lər uzun müşahidələrdən sonra “bəlkə də düzəldilər” ümidlərinin suya düşdüyünün şahidi oldular. Artıq Azərbaycan xalqında və siyasi sistemdə əsas xətt belədir ki, Rusiya sülhməramlıları ərazilərindən çıxarılmalı və Azərbaycanla Ermənistn arasında vasitəçilərsiz sülh prosesinin yaradılmasına çalışılmalıdır. Mənə belə gəlir ki, aksiya ilə başlanan bu proses onun məntiqi nəticəsidir”.
Z.Məmmədli birmənalı şəkildə HƏP-nın mütəxəssislərin, QHT-lərin, jurnalistlərin indiki zamanda Şuşa Xankəndi yolunda keçirdiyi aksiyanı dəstəklədiyini, vətən, millət məsələsində siyasi konnekturaya uymadıqlarını bəyan edib.
“Biz dövlət və millətin yanındayıq və prosesin Azərbaycanın üstün mövqe qazanmasına qədər davam etməsinin tərəfdarıyıq. Biz azərbaycanlıların öz ərazilərinə sərbəst gedişini təmin etmək üçün ölkəmiz içərisində separatçılarla mübarizə aparırıq. Və dünya ictimaiyyətinə Rusiya sülhməramlılarının, onlara dəstək verən digər geclərin, erməni separatizminin antibəşəri, antidemokratik olduğunu çatdırmaqla Azərbaycanın bölgədə barışın tərəfdarı olduğunu təsdiq etmək istiqamətində çalışmalıyıq”.
"O torpaqlarda hansısa erməni terrorçusunun “sülhməramlıların”dəstəyi ilə Azərbaycanın təbii sərvətlərini mənimsəməsinə dağıtmasına yol verə bilmərik"
Yeni Yol Partiyasının sədri Ramil Hüseynov açıqlamasında bu günlər Azərbaycan QHT-nin, o cümlədən media təmsilçilərinin Azərbaycan mülki monitorinq missiyasına qarşı maniə yaradan sülhməramlı və ermənilələrin davranışlarına qarşı etiraz aksiyasına başlaması və ekoloji təhlükənin aradan qaldırılması üçün atdığı addımları dəstəklədiklərini bildirib. Partiya sədri bildirib ki, erməni separatçıları torpaqlarımız işğalda olduğu zaman uzun illər ərazilərimizdə terror törətməklə yanaşı, maddi-mənəvi sərvətlərimnizi dağıdıb, talan edib, mənimsəyiblər.
“Məlum faktdır ki, ermənilər bu 30 ildə torpaqlarımızı yandırıblar, ölkəmizə milyardlarla zərər vurub, ekoloji terror törədiblər. Bunun qarşısının alınması üşün Azərbaycan dövləti, rəsmiləri, ictimai qurumlar o vaxtlar da beynəlxalq qurumlar qarşısında məsələ qaldırmışdılar. Amma təəssüflər olsun ki, buan qarşı heç bir reaksiya olmayıb. Bu gün torpaqlarımızı azad etmişik və o torpaqlarda hansısa erməni terrorçusunun “sülhməramlıların”dəstəyi ilə Azərbaycanın təbii sərvətlərini mənimsəməsinə dağıtmasına yol verə bilmərik. 30 il ermənilərin nazı ilə oynamışıq və hər dəfə düşmən mövqedə dayanaraq danışıqlardan manipulyasiya ediblər. Ermənistanın siyasi rəhbərliyi vandal xislətini bu gün də davam edir. Bu gün də sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar gedir, müxtəlif masalarda müzakirələr aparılır. Amma ermənilər və havadarları əvvəlki xislətlərini davam etdirirlər. Hesab edirəm ki, bu məsələlərə birdəfəlik son qoyulmalıdır. Azərbaycan tərəfi 44 günlük müharibədə necə siyasi, diplomatik, hərbi müstəvidə qətiyyətli addım atdısa, bunu bir daha nümayiş etdirilməlidir. Artıq biz terorçuların bizim səbrimizlə oynamasına imkan verməməliyik. Artıq öz torpaqlarımızda suverenliyimizi tam bərpa edəndən sonra sülh danışıqları masasında oturub gələcək perspektivləri müzakirə edə bilərik”.
"Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməli, ermənilərin Qarabağda törətdiyi cinayətlər dünyaya çatdırılmalıdır"
Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa bildirib ki, bu gün hələlik nəzarətimizdə olmayan ərazilərdə Azərbaycan dövlətinin ərazi bütövlüyü, suverenliyi təhdid edilir. Partiya sədri hesab edir ki, ölkə fəallarının Laçın- Şuşa yolunda erməni və sülhməramlıların özbaşınalığına qarşı keçirdiyi etiraz aksiyası təqdir olunmalı və dəstəklənməlidir. Onun fikrincə, 2 gündən çoxdur davam edən etiraz aksiyası monitorinq qrupunu müşayət edən sülhməramlıların və Qarabağdakı separatçı rejiminm təşkil etdiyi etirazlara layiqli cavabdır.
“Əgər Azərbaycan ərazilərində təbii sərvətlərin yağmalanması baş verirsə, bu çox ciddi bir məsələdir. Ermənistan siyasi rəhbərliyi Qarabağda olan qanunsuz erməni rejimi və rus silahlı qüvvələri ilə əməkdaşıq edərək ölkəmizin sərvətini talıyıb aparır. Burda çox ciddi hüquq pozuntusu var. Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməli, ermənilərin Qarabağda törətdiyi cinayətlər dünyaya çatdırılmalıdır. Dünya bilməlidir ki, Qarabağda himayə etdiyi ermənilər cinayıtkarlardır. Azərbaycanın yeraltı, yeruüstü ona məxsusdur və onu çapıb -talayanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ona görə də bu gün Qarabağda ermənilərin və sülhməramlıların qanunsuz davranışlarına qarşı aparılan etirazları təqdir edirəm”.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"