Üçlü zirvədə imzalanan sənədlər nədən xəbər verir?

10:41 15-12-2022 | icon 493 | Siyasət
Üçlü zirvədə imzalanan sənədlər nədən xəbər verir?

Rəşad Ramizli: "Bu sənədlər Azərbaycan üçün çox önəmlidir"

 

“Türkmənbaşı şəhərində keçirilən üçlü zirvədə imzalanan sənədlər Azərbaycan üçün çox önəmlidir”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Rəşad Ramizli dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədovun görüşünü şərh edərkən bildirib.

 

Rəşad Ramizli qeyd edib ki, Azərbaycan bu layihədən böyük gəlirlər əldə edəcək:

 

“Enerji təhlükəsizliyi dünyada bir nömrəli məsələyə çevrilib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Azərbaycan öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələrdə iştrak edir. Artıq Azərbaycan önəmli tranzit ölkəyə çevrilib”.

 

Prezident İlham Əliyevin "Vətən müharibəsindən sonra Azərbaycanın imkanları daha da genişləndi" fikrinə diqqət çəkən müşavir vurğuladı ki, qələbə nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad edildi:

 

"Bu Qələbədən sonra regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün böyük imkanlar yarandı. Ona görə hesab edirəm ki, Türkmənbaşı şəhərində keçirilən zirvə toplantısında imzalanan sənədlər Azərbaycan üçün çox önəmlidir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...