Ombudsmandan Kəlbəcərdə mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Kəlbəcər rayonunda baş verən mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Ombudsman Aparatından daxil olan müraciətdə deyilir:
“Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda piyada əleyhinə minanın partlaması nəticəsində dördü mülki şəxs, dördü hərbçi olmaqla, ümumilikdə səkkiz nəfər Ermənistanın mina terrorunun növbəti qurbanlarına çevrilib. Belə ki, təmir işləri ilə məşğul olan mülki şəxslər minaya düşdükdən sonra onların təxliyəsi məqsədilə əraziyə gələn hərbçilər də minaya düşüblər və onlardan biri aldığı xəsarətlərdən həlak olub.
30 ilə yaxın işğal müddətində Azərbaycan ərazilərində basdırılan minaların xəritələri haqqında dəqiq məlumatın verilməməsi, münaqişə bitdikdən sonra təxribatların davam etdirilməsi, işğaldan azad edilmiş ərazilərin yenidən minalarla çirkləndirilməsi və nəticədə mülki şəxslərin və hərbçilərin həyatına qəsd edən, onların əlilliyinə səbəb olan bu kimi cinayətkar əməlləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edir, beynəlxalq ictimaiyyəti bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"