“Azərbaycan hərbi müdaxilə həyata keçirməlidir”

12:00 16-12-2022 | icon 457 | Siyasət
“Azərbaycan hərbi müdaxilə həyata keçirməlidir”

Sabir Rüstəmxanlı: “30 ildir Naxçıvan blokadadadır, amma heç kim humanitar böhrandan danışmır"

 

“Rusiya sülhməramlıları ilk dəfədir ki, Azərbaycan xalqı ilə bu cür birbaşa təmasdadır. Onlar bizim iradəmizi görürlər”. 

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların keçirdiyi aksiyalara münasibət bildirərkən deyib. 

 

O, aksiyalar nəticəsində Qarabağdakı erməni əhalinin humanitar böhranla üzləşdiyinə dair iddialarla razılaşmadığını bildirib:

 

“30 ildir Naxçıvan blokadadadır, amma heç kim humanitar böhrandan danışmır. İndi Qarabağda bir neçə min erməniyə görə səs-küy salırlar, humanitar böhrandan danışırlar".

 

Sabir Rüstəmxanlı bildirib ki, Ermənistan 10 Noyabr Bəyanatının müddəalarını yerinə yetirmirsə, Azərbaycan güc tətbiqinə müraciət etməlidir:

 

“Ermənistan və Qarabağdakı ermənilər özlərini elə aparırlar ki, bununla da müharibənin nəticələrini qəbul etmədiyini bəyan edirlər. Qəbul etmirlərsə, Azərbaycan hərbi müdaxilə həyata keçirməlidir”.

 

Qeyd edək ki, dekabrın 12-dən etibarən Azərbaycanın QHT nümayəndələri, ictimai-siyasi fəalları Şuşa Xankəndi yolunda dinc aksiya keçirir. Onlar Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məskunlaşdığı ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına etiraz edirlər. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...