“Səkkiz kənd Azərbaycana qaytarılmalıdır”

18:27 27-12-2022 | icon 530 | Siyasət
“Səkkiz kənd Azərbaycana qaytarılmalıdır”

“Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası olduqca önəmli bir prosesdir. Bu proses çox çətindir, lakin biz tərəfdarıyıq ki, danışıqlar getməlidir, bütün hüquqi əsası olan sənədlər araşdırılmalıdır. Proses irəli aparılmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, Ermənistan bəhanələrdən istifadə etməməlidir.

 

“Delimitasiya məsələsində şübhə doğurmayan məqamlar var. Azərbaycanın səkkiz kəndi yaşayış məntəqələri olub. Yəni bu kəndlər qeyri-müəyyən və mübahisəli yüksəkliklərdən fərqlidir”, - deyə nazir əlavə edib.

 

Ceyhun Bayramov qeyd edib ki, səkkiz kəndin delimitasiya çərçivəsində Azərbaycana qaytarılması təmin edilməlidir.

 

“Eyni zamanda delimitasiya prosesi başa çatmayana qədər Ermənistana çağırışımız bundan ibarətdir ki, sərhəddə hər hansı təxribatyönümlü addımlardan çəkinsinlər”, - deyə Ceyhun Bayramov əlavə edib.

 

Qeyd edək ki, Qazaxın yeddi kəndi (Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Yuxarı Əskipara, Bərxudarlı, Sofulu, Qızılhacılı) və Naxçıvan ərazisindəki Kərki kəndi hələ də işğaldadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...