"Blokada varsa, niyə mitinq keçirmirlər?"

11:28 28-12-2022 | icon 525 | Siyasət
"Blokada varsa, niyə mitinq keçirmirlər?"

Fuad Əliyev: "Lavrov bəyan edirsə, sülhməramlılar onu Xankəndidən çıxarmalıdır"

 

“Vardanyanı iti qovan kimi Qarabağdan qovmaq lazımdır. Bu avantürüst separatçı bölgəyə qızışdırıcı məqsəd üçün gəlib. Əgər Lavrov onun Rusiyaya aidiyyatı olmadığını bəyan edirsə, sülhməramlılar onu Xankəndidən çıxarmalıdır, əks halda Azərbaycan xüsusi xidmət orqanları məsələni həll edə bilər”.

 

Versus.Az xəbər verir ki, bunu Lavrov-Bayramov görüşündə erməni oliqarx Ruben Vardanyan haqda səslənən bəyanatlarla bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib. Partiya sədri hesab edir ki, Moskva ondan imtina edirsə, Bakı tamamilə Qarabağdakı xunta rejiminin əsas fiqurunu rədd edə bilər.

 

Fuad Əliyev hakimiyyəti Vardanyan məsələsində daha tələbkar və sərt mövqe tutmağa çağırıb. Bildirib ki, bu şəxsin mədənləri talan etməyə yol vermək olmaz:

 

“Azərbaycan ərazisində erməni dövləti ola bilməz. Son aksiya separatçıların əl-qolunu bağladığımızı ortaya qoydu. Nə Xankəndidən çıxa, nə Ermənistandan ora qayıda bilirlər. Dinc erməni əhalisinə yol humanitar məqsədlər üçün açıqdır. Amma separatçılar keçə, hərbi texnika, mina daşıya bilməzlər. Əgər blokada varsa, niyə mitinq keçirmirlər? Deməli, Xankəndidə həm blokada yoxdur, həm o qədər erməni yaşamır… Vardanyanın keçirdiyi son aksiyanın pulla təşkil edildiyi, qanunsuz şəkildə Ermənistandan avtobuslarla bölgəyə daşındığı sübut edildi. Əgər doğurdan da 120 min erməni varsa, indi onların yarısı çıxıb nə üçün etiraz etmir? Odur ki, Ruben və Araik adlı quldurların erməni əhalisinə yalanları ayaq tutub yerimir. Biz məsələni köklü həll edəcəyik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...