"Siyasi məsələ deyil deyə, iştirak etmirik, amma..."
Fuad Əliyev: "Məsələ siyasiləşsə, orada birinci cərgədə durub etirazımızı bildirəcəyik"
"Xankəndi-Şuşa yolunda keçirilən dinc aksiya yavaş-yavaş öz nəticəsini verir".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.
ALDP sədri partiya olaraq ilk gündən bunu dəstəklədiyini vurğulayıb:
"Mən sadəcə orada iştirak etməyi düşünmürəm və özümü orda görmürəm. Çünki siyasi məsələ deyil ki, mən də aksiyada iştirak edim. Bizim mediaya verdiyimiz müsahibələri, fikirləri elə dəstək kimi qiymətləndirmək olar. Bizim dəstəyimiz bu formadadır. Siyasi məsələ olsaydı, sözsüz ki, orada birinci cərgədə durub öz etirazımızı bildirərdik. Amma yenə də qeyd edirəm ki, qeyri-hökumət təşkilatlarının, ekofəalların iştirakına və etirazlarına qoşuluruq. Bu aksiyanı dəstəkləyirik və çalışırıq ki, keçirilən bu dinc aksiya ilə bağlı xaricdə bizə mütəffiq olan siyasi təşkilatları, partiyaları da məlumatlandıraq. Biz demək olar ki, həftədə iki dəfə əlaqə saxlayıb, keçirilən aksiya ilə bağlı məlumatları göndəririk".
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"