Yeni Yol Partiyasının (YYP) Mərkəzi Aparatının növbəti toplantısı keçirilib.
Versus.Az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətindən bildirilib.
Toplantıda 2022-ci ildə dünyada baş verən hadisələr, korporativ güclərin dünyada maraqları və o maraqların həyata keçirilməsi ilə bağlı bəşəriyyətin tamamilə yeni bir müstəviyə keçməsindən danışılıb. Eyni zamanda bu hadisələrin ölkəmizə təsirləri müzakirə mövzusu olub. O cümlədən MA da MİQ-in ötən həftə keçirdiyi ilk toplantısı müzakirə olundu.
"Tədbirin yüksək səviyyədə keçirilməsi və MİQ üzvlərinin fəallığı siyasi xəttimizin, strateji hədəflərimizin doğru olduğunun nümunəsi kimi qiymətləndirilib. Partiyanın stukturlarının genişləndirilməsi, öz taktikamıza uyğun davam etdirilməsi tövsiyə olundu"-deyə, məlumatda bildirilir.
Sonda YYP-nin sədri Ramil Hüseynov çıxış edərək dəyərli xalqımızı, Dünya Azərbaycanlılarını Həmrəylik günü və eyni zamanda Yeni İl münasibətilə təbrik edərək, uca millətimizə xoş, firavan həyat, dövlətimizin möhkəmlənməsi uğrunda sönməz və əbədi həmrəylik arzu edib.
PƏRİ
Versus.Az